Bu gün tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədri Oqtay Sabir oğlu Əsədovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 3 yanvar 1955-ci ildə Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur.
Oqtay Əsədov ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamış şəxslərdəndir. O, 2005–2020-ci illər ərzində — ardıcıl olaraq IV, V və VI çağırışlarda Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsində çalışmış, qanunvericilik orqanının fəaliyyətinin təşkili və inkişafında mühüm rol oynamışdır.
Siyasi fəaliyyəti ilə yanaşı, Oqtay Əsədov müxtəlif sahələrdəki təcrübəsi, dövlət idarəçiliyindəki dəqiq və prinsipial mövqeyi ilə seçilmişdir. Onun rəhbərliyi dövründə parlamentdə mühüm qanunvericilik təşəbbüsləri həyata keçirilmiş, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Oqtay Əsədovun ictimai və siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə və parlament institutlarının inkişafına mühüm töhfələr vermişdir.

