1992-ci ilin 3 yanvar tarixində Fransa Respublikası Azərbaycanın dövlət müstəqilliyini rəsmi olaraq tanıdı.
"Tehsil365" xəbər verir ki, Bu mühüm diplomatik hadisə Azərbaycanın beynəlxalq aləmdə tanınması və müstəqil dövlət kimi möhkəmlənməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biri oldu.
Fransanın bu qərarı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisi olmaqla yanaşı, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına və inkişafına zəmin yaratdı. Elə həmin il Azərbaycan və Fransa arasında rəsmi diplomatik əlaqələr quruldu.
Hazırda Azərbaycan-Fransa münasibətləri siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə müxtəlif əməkdaşlıq formatları ilə davam edir. Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri kimi tarixə düşüb.

