Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025-ci il universitet üçün mühüm strateji dəyişikliklər və nailiyyətlərlə yadda qalıb.
“Tehsil365” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov sosial media hesabında paylaşım edib.
"Nailiyyətlərdən dayanıqlı sistem quruculuğuna! Bayram günləri ötən ilin nailiyyətlərini dəyərləndirmək və gələcəyə baxmaq üçün gözəl fürsətdir. 2025-ci il ADNSU üçün fərqli nailiyyətlər və əsasən strateji düşüncə tərzinin dəyişməsi ilə xarakterizə olundu. Çoxlu nəticələr oldu, lakin düşünürəm bu ikisi çox vacib idi:
2025ci ildə universitetə gənc kadrların cəlb olunmasına start verdik. Toplam 200-ə yaxın gənc müəllim, sənayedən mütəxəssislər və xaricdə PhD proqramını tamamlamış gənclər ADNSU-da tədrisə və elmi fəaliyyətə cəlb olundu.
32 gənc kadr vəzifələrində irəli çəkildi, onlar prorektor, departament direktoru, şöbə müdiri, mərkəz rəhbəri, tədqiqat qrupu rəhbəri, proqram rəhbəri və digər məsul vəzifələri tutdular. 2026cı ildə artıq əsas çağırış daha dayanıqlı və sistemli inkişafı təmin etməkdir. Əsas məqsəd mövcud nailiyyətləri möhkəmləndirməklə yanaşı, onları institusional norma və mədəniyyətə çevirməkdir.
Bu yolda ADNSU əməkdaşlarına uğurlar arzu edirəm."- deyə rektor qeyd edib.

