Təhsil 365 - Logo Mobile

ATU-da şəhid övladları ilə görüş keçirilib

8703.01.2026 - 13:33
ATU-da şəhid övladları ilə görüş keçirilib

 Tədbirdə çıxış edən universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov şəhid övladlarına ilk növbədə rektor, professor Gəray Gəraybəylinin salamını və xüsusi ehtiramını çatdıraraq bildirib ki, hər birimizn sizlərə mənəvi borcumuz var: “Çünki siz şanlı tarix yazan qəhrəmanlarımızın övladlarısınız. Hamımız bilirik ki, 27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sizin valideynləriniz böyük rəşadət göstəriblər.

“Tehsil365“ xəbər verir ki,

Onlar öz canları, qanları bahasına işğal altında olan torpaqlarımızı azad ediblər. Bu gün Qarabağda sərbəst gəzə biliriksə, bu, onların qəhrəmanlığının nəticəsidir. 27 sentyabr - II Qarabağ müharibəsinin başlandığı gün ərəfəsində istədik ki, sizin dərdinizə şərik olaq, ağrınızı paylaşaq. Çox çətin günlər idi. Şükürlər olsun ki, igid vətən oğulları öz qanı-canı bahasına bizə qələbə sevinci yaşatdılar. Mən arzu edirəm ki, siz hər zaman qəhrəman valideynlərinizin müqəddəs xatirəsinə layiq övladlar olasınız”.

Çıxışın ardınca 44 günlük şanlı zəfər yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. 

Bundan sonra tədbirdə çıxış edən tələbələr – şəhid övladları və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri 27 sentyabr – Anım Gününün həm hüzn, həm də qürur dolu tarix olduğunu vurğulayıblar. Onlar şəhidlərin qəhrəmanlığının Azərbaycan xalqının birliyi və gücünün simvolu olduğunu bildiriblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin II MPF üzrə sədri Aytac Şükürlü qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın gücünün bütün dünyaya nümayişidir:
“Şəhidlərimizin qəhrəmanlığı gələcək nəsillər üçün əbədi nümunə olacaq. Bizim vəzifəmiz onların uğrunda can verdiyi vətəni sevmək, inkişaf etdirməkdir”.
Şəhid övladları – Aybəniz Həşimova, Fidan Hüseynzadə, Aysu Elzamin və Mehman Rəhimli də çıxış edərək valideynlərinin qəhrəmanlıq yolunun onlarda həmişə qürur hissi yaratmaqla bərabər, qarşılarına böyük bir məsuliyyət də qoyduğunu söyləyiblər. Göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürlərini bildirən şəhid övladları öz doğmalarının timsalında bütün şəhid ailələrinə səbr, Vətən qazilərinə cansağlığı diləyiblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov universitet rəhbərliyinin şəhid ailələrinə və övladlarına daim dəstək göstərdiyini vurğulayıb: “Şəhidlərin övladları ilə tanış olmaq, onların həyat hekayəsini eşitmək bizim üçün qürurvericidir. General Polad Həşimov və bütün şəhidlər daim qəlbimizdədir. Rektor, professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyi hər zaman şəhid övladlarının yanındadır”.

Görüşün sonunda bir daha şəhid övladlarına ehtiramını ifadə edən prorektor Mahir Səfərov, yaşanan ağrılara baxmayaraq həyatın davam etdiyini, onları
qarşıda yeni perspektivlərin gözlədiyini deyib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Alsu İsmayılova

Xəbər Lenti

Misirin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır04.01.2026 - 19:56
Novruz çərşənbələrinin vaxtı məlum oldu04.01.2026 - 19:45
Nikolas Maduronun təhsili - ali təhsili olmayan prezident04.01.2026 - 19:30
474 “hə”, 284 “yox”- Azərbaycanda onlara elmi dərəcə verilmədi04.01.2026 - 19:15
Bayramdan sonra ilk iş günü hava necə olacaq?04.01.2026 - 19:00
Atestatla xaricdə təhsil alan tələbələr üçün XƏBƏRDARLIQ04.01.2026 - 15:00
2027-ci ildən imtahan sistemi dəyişə bilər04.01.2026 - 14:36
Ağsu dolaylarında nəqliyyatın hərəkəti bərpa olunub04.01.2026 - 14:10
İsveçrədə dövlət məktəblərində hicaba qadağa qoyulur04.01.2026 - 13:45
Misir ötən il 19 milyon turist qəbul edib04.01.2026 - 13:25
​Novruz çərşənbələrinin tarixləri bilindi04.01.2026 - 13:00
Mandarin qabığının faydaları04.01.2026 - 12:40
2026-cı ildə Azərbaycanda keçiriləcək mühüm beynəlxalq tədbirlər04.01.2026 - 12:20
Yodla zəngin feyxoa möcüzəsi - Zobun, prostatın dərmandır04.01.2026 - 12:00
Keçən il 284 nəfərə fəlsəfə doktoru, 37 nəfərə elmlər doktoru adı verilməsindən imtina edilib04.01.2026 - 11:40
Soyuq günlərdə immuniteti necə qorumalı?04.01.2026 - 11:20
"Google" süni intellektinin tibbi rəyləri sağlamlıq üçün risk daşıyır04.01.2026 - 11:00
Qazaxıstanda məktəblilər üçün süni intellekt repetitorları yaradılacaq04.01.2026 - 10:40
Alimlər yeni dil öyrənməklə bağlı beş məşhur mifi təkzib ediblər04.01.2026 - 10:20
Leyla Əliyeva Qusarın Hil kəndindən paylaşım etdi04.01.2026 - 10:00
Sabah 10 dərəcə şaxta olacaq, bəzi yollar buz bağlayacaq - 05.01.202604.01.2026 - 09:40
Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır04.01.2026 - 09:20
Erkən qayğı və təhsildə çətin il: proqram kəsintiləri, kadr çatışmazlığı və müdafiə səyləri04.01.2026 - 09:00
2025-ci ilin ən faydalı 10 tədris vasitəsi — müəllimlər üçün seçmə təlimat04.01.2026 - 08:48
"Universitet dərəcəsi artıq sosial mobillik vasitəsi deyil" — Kralın vitse-kansleri04.01.2026 - 08:30
Myanmanın Müstəqillik Günü qeyd olunur04.01.2026 - 08:12
Qarabağ Dirçəliş Fondu təsis edilib04.01.2026 - 07:54
1992-ci il, 4 yanvar — Albaniya Azərbaycanın müstəqilliyini tanıdı04.01.2026 - 07:36
Marinski teatrında Qara Qarayevin "İldırımlı yollarla" baletinin premyerası04.01.2026 - 07:18
Ağa xan Abbasqulu xan oğlu İrəvanski — Rusiya imperiyasının dövlət xadimi və hərbçisi04.01.2026 - 07:00
Rusiyanın tanınmış aktrisası İnarə Quliyeva 74 yaşını qeyd edir04.01.2026 - 06:46
Tanınmış fotoqraf Kamal Babayevin vəfatından 2 il ötür04.01.2026 - 06:24
Azərbaycan musiqisinin istedadlı bəstəkarı Nailə Mirməmmədli anılır04.01.2026 - 06:06
Xalq musiqisinin unudulmaz səsi: Fatma Mehrəliyeva anılır04.01.2026 - 05:48
Görkəmli alim Tofiq Qazıyev anılır04.01.2026 - 05:30
Ədəbiyyatın fədakar xidmətçisi Əli Nəzmi anılır04.01.2026 - 05:12
Azərbaycan ədəbiyyatının nəhəngi Cəlil Məmmədquluzadə anılır04.01.2026 - 04:54
Maarif fədaisi və publisist: Fərhad Ağayevin (Şərqli) xatirəsi anılır04.01.2026 - 04:36
Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev 33 yaşını qeyd edir04.01.2026 - 04:18
Azərbaycan səhnəsinin sevilən siması Rafael Dadaşov anılır04.01.2026 - 04:00
Namiq Mənanın qızı və nəvəsi qəza keçirdi03.01.2026 - 15:29
ATU-da kurkuminin qoruyucu təsiri ilə bağlı elmi seminar keçirilib03.01.2026 - 14:56
Rezidentlər üçün parodontologiya üzrə master-klass təşkil olunub03.01.2026 - 14:32
THİK-in təşkilatçılığı ilə birinci kurslarla tanışlıq görüşü keçirilib03.01.2026 - 14:10
Kursantların təntənəli andiçmə mərasimi keçirilib03.01.2026 - 13:52
ADPU-da 2025-ci ilin media yekunları - 600 xəbər, 25 milyon sosial media baxışı, 68 min vətəndaş müraciəti03.01.2026 - 13:16
Bəxtiyar Vahabzadə yaradıcılığında “Dədə Qorqud” ideya və motivləri03.01.2026 - 12:54