Ağa xan Abbasqulu xan oğlu İrəvanski 1865-ci il yanvarın 4-də İrəvanda anadan olub. O, Rusiya imperiyasının I Dövlət Dumasının üzvü kimi fəaliyyət göstərmiş, həmçinin hərbçi kimi tanınmışdır.
"Tehsil365" xəbər verir ki, 1919-cu ildə İrəvan Müsəlman Milli Şurasının sədri vəzifəsini icra etmişdir.
İrəvanski həm siyasi, həm də hərbi sahədə Azərbaycan və region üçün əhəmiyyətli fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlərdən biridir. O, müasir dövrdə Azərbaycanın milli və tarixi inkişafında öz izini qoymuşdur.
19 avqust 1920-ci ildə Tiflis şəhərində vəfat etmişdir.

