Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Tehsil365” xəbər verir ki, Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

