Təhsil 365 - Logo Mobile

2026-cı ildə Azərbaycanda keçiriləcək mühüm beynəlxalq tədbirlər

11904.01.2026 - 12:20
2026-cı ildə Azərbaycanda keçiriləcək mühüm beynəlxalq tədbirlər

2026-cı il Azərbaycan üçün beynəlxalq tədbirlərin keçirildiyi mühüm illərdən biri olacaq. İl ərzində ölkədə idman, turizm, biznes və beynəlxalq əməkdaşlıq sahələrini əhatə edən bir sıra nüfuzlu tədbirlərin təşkili planlaşdırılır.

Tehsil365” Oxu.Az-a istinadən xəbər verir ki, həmin tədbirlərdən bəzilərinin siyahısını təqdim edir:

Beynəlxalq tədbirlər silsiləsinə 13-cü Qlobal Bakı Forumu ilə start veriləcək. 12-14 mart 2026-cı il tarixlərində keçiriləcək forum ənənəvi olaraq dünya siyasətinin aparıcı simalarını, beynəlxalq təşkilatların rəhbərlərini, sabiq dövlət və hökumət başçılarını, tanınmış ekspertləri bir araya gətirəcək. Forum qlobal təhlükəsizlik, geosiyasi çağırışlar, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq mövzularına həsr olunacaq.

Aprel ayında Azərbaycan növbəti dəfə Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələrdən dövlət nümayəndələrini, alimləri, mədəniyyət xadimlərini və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirəcək. Forum tolerantlıq, multikulturalizm və mədəni müxtəlifliyin qorunması mövzularında qlobal müzakirələr üçün mühüm platforma rolunu oynayacaq.

2026-cı ildə Bakı eyni zamanda regionun aparıcı turizm tədbirlərindən biri olan "Azerbaijan International Travel & Tourism Fair" (AITF 2026) sərgisinə də ev sahibliyi edəcək. Aprelin 8-10-da keçiriləcək sərgidə beynəlxalq turizm şirkətləri, hotellər, aviaşirkətlər və turizm agentlikləri iştirak edəcək.

Eyni ay ərzində Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası 20-24 aprel 2026-cı il tarixlərində keçiriləcək. Sessiyada region ölkələrinin sosial-iqtisadi inkişafı, dayanıqlı iqtisadiyyat, iqlim dəyişiklikləri və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

May ayında isə Azərbaycan qlobal şəhərsalma gündəliyinin əsas mərkəzlərindən birinə çevriləcək. 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) 17-22 may 2026-cı il tarixlərində təşkil olunacaq. BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) təşəbbüsü ilə keçirilən bu forum şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya, ağıllı şəhərlər və yaşayış mühitinin yaxşılaşdırılması mövzularına həsr ediləcək.

İlin ən önəmli tədbirlərindən biri "SportAccord World Sport & Business Summit 2026" olacaq. 24-28 may tarixlərində Bakıda keçiriləcək sammit dünya idman sənayesinin ən nüfuzlu platformalarından hesab olunur. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsi, 120-dən çox beynəlxalq idman federasiyası, iri idman təşkilatları və biznes nümayəndələri iştirak edəcək. Sammit çərçivəsində konfranslar, panel müzakirələri, sərgilər və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

İlin ikinci yarısında isə Azərbaycanın regional təhlükəsizlik və əməkdaşlıq sahəsində rolunu önə çıxaran mühüm tədbir baş tutacaq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Zirvə toplantısının payız aylarında Azərbaycanda keçirilməsi planlaşdırılır. Zirvə toplantısı Asiya regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, etimadın artırılması və siyasi dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İdman sahəsində də 2026-cı il olduqca zəngin proqramla yadda qalacaq. İl ərzində Bakıda və regionlarda bir sıra beynəlxalq yarışların keçirilməsi planlaşdırılır. Bunlara cüdo üzrə dünya çempionatı, güləş üzrə U17 dünya çempionatı, sumo üzrə dünya çempionatı, şahmat üzrə "Baku Open" beynəlxalq festivalı, avarçəkmə və yelkən idmanı üzrə beynəlxalq regatalar, eləcə də "Formula-1 Azərbaycan Qran-Prisi 2026" daxildir.

Bununla yanaşı, Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi də il ərzində beynəlxalq səviyyəli mədəni və turizm tədbirlərinin keçirilməsinə imkan yaradacaq. Bu status çərçivəsində Şuşada müxtəlif forumlar, festivallar və beynəlxalq görüşlərin təşkili gözlənilir.

Amidə Zeynalova

Xəbər Lenti

10 dəqiqəyə çəkilən tablo 3 milyon dollara satıldı06.01.2026 - 19:59
“iPhone 18”i gözləyənlərin diqqətinə!06.01.2026 - 19:46
Azərbaycan səyahət üçün təhlükəsiz ölkələr sırasında06.01.2026 - 19:30
“OpenAI” səsli süni intellekt modelini təqdim edəcək06.01.2026 - 19:16
Ötən il Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum olub06.01.2026 - 19:00
Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib06.01.2026 - 18:48
Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb06.01.2026 - 18:39
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: Dumanlı hava yollarda ciddi təhlükə yaradır06.01.2026 - 18:27
“iPhone”ların batareyaları uçuş zamanı şişir06.01.2026 - 18:11
Bu məktəbi polis 24 saat qoruyacaq06.01.2026 - 17:55
16 yaşlı Nuranəni öldürüb Kürə atan ərinə hökm oxundu06.01.2026 - 17:41
Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru - Foto06.01.2026 - 17:28
AzMİU əməkdaşlarının övladları üçün rəqəmsal maarifləndirmə təlimi təşkil olunub06.01.2026 - 17:10
BDU-da “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edilib06.01.2026 - 16:57
Əməkdar müəllim vəfat etdi 06.01.2026 - 16:41
Prezident İlham Əliyev: “Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun”06.01.2026 - 16:29
Əmrah Həsənli: "Möhtərəm Prezidentimizin Azərbaycan dili ilə bağlı mövqeyi milli məsuliyyət çağırışıdır!"06.01.2026 - 16:13
Kiyevdə Azərbaycan dilini tədris edən Səfayə Naibova: Dilimizi qorumaq xaricdə yaşayan azərbaycanlılar olaraq bizi də məsuliyyətli edir06.01.2026 - 15:56
Kamera və Orqan Musiqisi zalında tanınmış valslardan ibarət konsert keçiriləcək06.01.2026 - 15:36
ADNSU-da “Sənaye biotexnologiyasında fermentlər” mövzusunda seminar keçirilib06.01.2026 - 15:16
ADNSU-da 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb06.01.2026 - 14:58
ADPU-da 11500 tələbə imtahan sessiyasında iştirak edir06.01.2026 - 14:48
ADU PHŞ Şeyx Zayed adına Ərəb dili auditoriyasında 0,5 ştat baş mütəxəssis vəzifəsinə vakansiya elan edir06.01.2026 - 14:27
ADU-da payız semestrinin qış imtahan sessiyası keçirilir06.01.2026 - 14:14
Ankara YÜCE məktəblərində yanvar tematik ayı Azərbaycana həsr olunub06.01.2026 - 13:57
“Çin dilinin tədrisində süni intellektin tətbiqi” - metodoloji seminar06.01.2026 - 13:40
BANM Qarabağda praktik layihələrin həyata keçirilməsini planlaşdırır06.01.2026 - 13:30
Azərbaycanla İordaniya arasında Əməkdaşlıq Proqramı təsdiqlənib06.01.2026 - 13:20
Ötən il Azərbaycanda 149 uşaq övladlığa verilib 06.01.2026 - 13:10
BMU-nun tələbəsi İtaliyanın nüfuzlu universitetindən qəbul alıb06.01.2026 - 13:00
Xaricdə verilmiş elmi dərəcələrin 35-i tanınıb06.01.2026 - 12:50
BSU-nun professoru vəfat edib06.01.2026 - 12:40
Sabah 17 dərəcə isti olacaq06.01.2026 - 12:30
UNEC alimləri Avropada: dörd ölkədə elmi səfərlər, yeni tərəfdaşlıqlar - FOTO06.01.2026 - 12:20
Azərbaycanda professor vəfat edib06.01.2026 - 12:10
Masallının Qəzvinoba kəndində yeni məktəb binası istifadəyə verilib06.01.2026 - 12:00
Bakı Ali Neft Məktəbi 2026-2030-cu illər üçün strateji inkişaf proqramı hazırlayır06.01.2026 - 11:48
Dövlət başçısı: ''Elmi inkişaf etdirmək istəyiriksə, islahatlara getməliyik''06.01.2026 - 11:33
Şərqşünas-alim Harvard Universitetinin sertifikatını alıb06.01.2026 - 11:19
Elmdə islahat çağırışı: inkişafın yeganə yolu06.01.2026 - 11:04
BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir06.01.2026 - 10:50
Məktəblərdə 5 gün dərs olmayacaq06.01.2026 - 10:35
Ötən il 41 erkən evliliyin qarşısı alınıb06.01.2026 - 10:25
Şagird yerdəyişməsi DAYANDIRILDI06.01.2026 - 10:12
Elm və təhsil birlikdə olduqda dövlət siyasəti daha effektiv olur06.01.2026 - 10:05
Prezident: Rəhbərliyə müasir və bilikli kadr gələndə vəziyyət dəyişir06.01.2026 - 09:58
Son 20 ildə Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi yaradılıb06.01.2026 - 09:47
20 ildə 3 min 600 məktəb tikilib və əsaslı təmir edilib - Prezident06.01.2026 - 09:36