5 yanvar 1887-ci ildə Bakıda dünyaya gələn Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov Azərbaycan musiqisinin inkişafında mühüm rol oynamış görkəmli tarzən və pedaqoq olmuşdur.
"Tehsil365" xəbər verir ki,O, təkcə istedadlı ifaçı kimi deyil, həm də tar sənətinin tədrisində mühüm töhfələr vermiş müəllim kimi tanınır.
Mirzə Mansur XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmaqda olan milli musiqi mühitində yetişmiş və peşəkar ifaçılıq bacarıqları ilə seçilərək, tar ifaçılığının klassik üslubunun inkişafına öz möhürünü vurmuşdur. O, həm də bir sıra gənc tarzənlərin yetişməsində, milli musiqi kadrlarının formalaşmasında böyük rol oynamışdır.
1940-cı ildə ona "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir ki, bu da onun musiqi mədəniyyətimizə verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.
30 iyun 1967-ci ildə Bakıda vəfat edən Mirzə Mansur Mansurov, bu gün də Azərbaycan tar sənətinin klassik ənənələrinin qoruyucusu və ötürücüsü kimi xatırlanır. Onun adı Azərbaycan musiqi tarixində ustad tarzən kimi əbədi qalır.

