Azərbaycanın igid oğlu, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevin doğumundan 77 il ötür.
"Tehsil365" xəbər verir ki,O, 1947-ci il yanvarın 5-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olan Stepanakert (Xankəndi) şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri burada keçən Şirin Mirzəyev gənc yaşlarından hərbi xidmətə maraq göstərərək, bu sahədə təhsil alıb və SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi dövrdə, ölkə ağır bir müharibə şəraitində idi. Şirin Mirzəyev 1991-ci ildən etibarən Qarabağ cəbhəsində fəal döyüşlərə qatıldı və xüsusilə Ağdam istiqamətindəki döyüşlərdə böyük şücaət göstərdi. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlar nəticəsində düşmənə ciddi zərbələr endirildi və bir çox yaşayış məntəqələri erməni silahlılarından təmizləndi.
1992-ci il iyunun 18-də Ağdam rayonu ərazisində minaya düşərək ağır yaralanan Şirin Mirzəyev qəhrəmancasına həlak oldu. Onun ölümü Azərbaycan ordusu üçün ağır itki olsa da, onun şücaəti və qəhrəmanlığı gələcək nəsillərə örnək oldu.
Şirin Mirzəyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Onun adı Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılıb, xatirəsi əbədiləşdirilib.
Ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin.

