Hər il 5 yanvar tarixində Azərbaycanda Ssenaristlər Günü qeyd olunur.
"Tehsil365" xəbər verir ki, Bu gün kino və televiziya sənayesində ssenaristlərin yaratdığı əsərlərə diqqəti artırmaq, onların peşəkar fəaliyyətini təqdir etmək məqsədilə təsis edilib.
Ssenaristlər, film və serialların uğurlu olmasında əsas rol oynayan yaradıcı mütəxəssislər kimi tanınır. Onlar hekayələri, personajları və dialoqları yazaraq tamaşaçıların qəlbinə yol tapır, müxtəlif janrlarda təsirli və maraqlı əsərlər yaradırlar.
Bu peşə bayramı sənaye içərisində əməkdaşlığı gücləndirmək, yeni istedadları kəşf etmək və ssenaristlərin hüquqlarının qorunmasına diqqət çəkmək üçün əhəmiyyətli gündür.
5 yanvar Ssenaristlər Günü münasibətilə yaradıcı insanlara uğurlar, yeni uğurlu layihələr və ilham dolu günlər arzulayırıq!

