Böyük Britaniyada müəllimlər arasında yüksək iş yükü və aşağı maaşlar səbəbindən peşədən çıxma hallarının artması ciddi narahatlıqlar yaradıb.
"Tehsil365" xəbər verir ki, Təhsil ekspertləri və birliklər bu vəziyyəti “fəlakət” kimi qiymətləndirir və dərhal tədbirlər görülməsinin vacib olduğunu bildirirlər.
Müəllimlərin iş şəraitinin yaxşılaşdırılmaması təhsil sistemində kütləvi tərk etmələrə və ciddi çatışmazlıqlara səbəb ola bilər. Bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək və gələcək nəsillərin təhsil hüququnu təhlükə altına alacaq.
Mütəxəssislər hökumətdən müəllimlərin maaşlarını artırmaq və iş yükünü azaltmaq üçün operativ addımlar atmağı tələb edir. Əks halda, Böyük Britaniyada təhsil sektorunda ciddi böhran yaşana bilər.

