Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.
“Tehsil365" xəbər verir ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: “Sərxan Hüseynli pediatrik Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır”.
Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.

