Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 30-da Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.
“Tehsil365” xəbər verir ki, qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar qəbula yazılmaq üçün bir neçə üsuldan yararlana bilərlər. Belə ki, Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi ilə 146 – 2 və ya 146 – 6 nömrələri vasitəsilə əlaqə saxlamaq, www.edu.gov.az saytının “Əlaqə” bölməsindən elektron müraciət göndərmək, həmçinin “WhatsApp” üzərindən +994 51 206 78 48 nömrəsinə müraciət etmək mümkündür.
Qeydiyyat üçün son tarix 16 yanvar 2026-cı il, saat 18:00-dək müəyyən edilib. Bildirilib ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

