Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan “Tehsil365"ə bildirilib ki, Günəş fəallığı artıb. Hazırda Günəş küləyinin sürəti 450 km/san təşkil edir. Geomaqnit sahəsinin intensivliyi 31 dekabr - 01 yanvar tarixlərində qeydə alınmış Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə G1-G2 səviyyəsinə yüksəlib, yanvarın 1-3-də zəif - orta səviyyəli geomaqnit qasırğası baş verib. Hazırda kosmik hava qeyri-sabitdir.
Yanvarın 5-11-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli üçün yanvarın 7-də S1 səviyyəli proton qasırğası ehtimalı var.
Günəş küləyinin sürətinin yanvarın 7-dək nominal qiymətə geri dönəcəyi, sonra isə yenidən yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-30 faiz, orta geomaqnit enliklərdə isə 25-1 faizdir.
TKA-ın təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.

