Təhsil 365 - Logo Mobile

Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb

7205.01.2026 - 14:24
Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb

Moskvada yaşayan azərbaycanlı şair-tərcüməçi, publisist və ictimai xadim Afaq Şıxlının “Bəxt ulduzu” adlı şeirlər kitabı Tatarıstanın paytaxtı Kazan şəhərində tatarca işıq üzü görüb. “Bəxt ulduzu”nun layihə rəhbəri, “Ön söz”ün müəllifi Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Tatarıstan Dövlət Sovetinin deputatı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulladır. Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birlik” seriyasından yayınlanan kitabda yer alan şeirləri tatar dilinə bu birliyin üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru, türkoloq-alim, tərcüməçi Asiya Rəhimova çevirib. Müəllifin lirizmi, intonasiyası və poetik semantikası orijinalın ruhuna uyğun şəkildə qorunub saxlanılıb. Bu nəcib təşəbbüs, Tatarıstanla Azərbaycan, bütövlükdə türk xalqları arasında ədəbi bağların möhkəmləndirilməsi baxımından önəmli bir ədəbi-mədəni hadisə kimi dəyərləndirilir.

Bu barədə “Tehsil365"ə beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı məlumat verib.

O qeyd edib ki, mövzu və ideya baxımından “Bəxt ulduzu” dostluq, məhəbbət, vətən sevgisi, insanın iç dünyası və mənəvi axtarışları əhatə edən lirik-poetik toplu olaraq seçilir. Şeirlər oxucunu fərdi duyğulardan ümumtürk mənəvi yaddaşına aparan poetik bir gəzintiyə çağırır.

“Afaq Şıxlı Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüdür. O, uzun illərdir müxtəlif xalqların poeziya örnəklərini Azərbaycan və rus dillərinə çevirir, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsində məsul katib vəzifəsini daşıyır. İxtisasca həkim olan şairin ədəbi yaradıcılığı dərin humanist məzmunu ilə diqqət çəkir. Türk dünyasının önəmli mədəni ocaqlarından olan Kazanda işıq üzü görən “Bəxt ulduzu”nun tatar oxucularının rəğbətini qazanacağına, yeni ədəbi bağların qurulmasına töhfə olacağına ümid edirik”, - deyə Ə.Qoşalı əlavə edib.

Aydan Ələkbərova

Xəbər Lenti

Bu univesitet azərbaycanlı tələbələrin SAT nəticələrini qəbul etməyəcək09.01.2026 - 13:29
Prezidentdən Anar İsgəndərovla bağlı - Sərəncam09.01.2026 - 13:15
MEMİM Üzeyir Hacıbəylinin 140 illiyini ustad dərsləri və konsertlərlə qeyd etdi 09.01.2026 - 13:02
ADAU-da Ege Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib09.01.2026 - 13:00
Alimlər İsidor Baraxov və Aleksey Kyundenin Birinci Türkoloji Qurultayda iştirakı yakut linqvistikasının inkişafında mühüm mərhələ olub09.01.2026 - 12:45
Pişiklər necə "təşəkkür edir?"09.01.2026 - 12:30
Yer kürəsini elektrik tozu bürüyəcək09.01.2026 - 12:16
Azərbaycanda bir neçə telekanalın yayımı müvəqqəti dayandırılır - SƏBƏB09.01.2026 - 12:00
Prezidentin mesajı: Azərbaycanın sabahı təhsil və elmdə formalaşır09.01.2026 - 11:46
AMEA-da yeni təyinatlar olub09.01.2026 - 11:31
AzMİU əməkdaşları dövlət və nazirlik mükafatları ilə təltif edilib09.01.2026 - 11:14
UNEC Voleybol komandası VIII turda qalib gəldi09.01.2026 - 11:00
Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da - FOTO09.01.2026 - 10:44
Sabah qar yağacaq09.01.2026 - 10:29
Xoreoqrafiya və teatr ixtisaslarında müsabiqə şərtlərində dəyişiklik09.01.2026 - 10:16
16 yaşlı Məleykə həkim səhvindən ölübdür - Rəsmi09.01.2026 - 10:00
UNEC aliminin monoqrafiyası ABŞ-də çap olunub09.01.2026 - 09:46
Yuxu siqnalları xərçəng və ürək xəstəliklərini öncədən göstərə bilər09.01.2026 - 09:29
Qaradağ rayonunda insident baş verib09.01.2026 - 09:12
Həmkarımız, ssenarist və aktrisa Marqarita Maleyeva vəfat edib09.01.2026 - 09:00
Nöqsanlara görə çıxarılan direktorun yerinə təyinat olub 09.01.2026 - 08:53
Elm və Təhsil Nazirliyi 2026-2027-ci il üçün dərslik layihələri üzrə ictimai rəy toplayır09.01.2026 - 08:48
Kembric Kolleci tələbə qəbulu üçün elit özəl məktəbləri hədəfə alacaq09.01.2026 - 08:30
“Bir anlıq, yalnız o hekayə vacibdir”: Kitablara sevgi və oxuma mədəniyyətini yenidən canlandırmaq təşəbbüsü aparılır 09.01.2026 - 08:12
Amerika Müəllimlər Federasiyası Texasda müəllimlərə qarşı ittihamlara görə məhkəməyə müraciət edib09.01.2026 - 07:54
Əliabad İkinci Nömrəli Məktəbdə 9-cu sinif şagirdlərinin monitorinqi uğurla keçirilib09.01.2026 - 07:36
Məktəbdaxili nizam-intizamın təminatı üçün yoxlamalar aparılıb09.01.2026 - 07:18
VIII sinif şagirdləri arasında monitorinq keçirilib09.01.2026 - 07:00
Azərbaycan və Malta arasında diplomatik əlaqələrin qurulmasından 29 il ötür09.01.2026 - 06:42
1992-ci ildə Qvineya Azərbaycanın müstəqilliyini tanıdı09.01.2026 - 06:24
Nazim Quliyev – Vətənə sədaqətin simvolu09.01.2026 - 06:06
Azərbaycan mətbuatının qəhrəman siması – Salatın Əsgərovanın anım günü09.01.2026 - 05:48
Milli Qəhrəman Mətləb Quliyevin xatirəsi anılır09.01.2026 - 05:30
Əhməd bəy Cavanşir – Azərbaycan tarixşünaslığında və ədəbiyyatında silinməz izlər buraxmış şəxsiyyət09.01.2026 - 05:12
Çingiz Hüseynovun vəfatı ədəbi ictimaiyyətə ağır itki yaşadıb09.01.2026 - 04:54
Kəmalə Piriyeva – tanınmış teleaparıcı və aktrisa09.01.2026 - 04:36
Zəlimxan Yaqubun xatirəsi anılır09.01.2026 - 04:18
Azərbaycanın Xalq Artisti İlham Namiq Kamal 75 yaşında09.01.2026 - 04:00
16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı08.01.2026 - 18:22
AzTU nümayəndə heyəti İstanbulda səfərdə olub08.01.2026 - 18:08
AzTU tələbəsi fizika üzrə beynəlxalq olimpiadanın qalibi olub08.01.2026 - 17:53
Prezidentin vurğuladığı “zəka və elm” xətti dövlət siyasətinin ideoloji ifadəsidir - prorektor08.01.2026 - 17:37
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb08.01.2026 - 17:22
"Azərbaycan regionda prosesləri formalaşdıran əsas subyektlərdən biridir"08.01.2026 - 16:58
AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib08.01.2026 - 16:43
Turan Etibaroğlu: Yeni ildə Sumqayıt Teatrının tamaşaçılarını maraqlı sürprizlər gözləyir08.01.2026 - 16:22
Peşə təhsili haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiq edilib08.01.2026 - 16:00
Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib08.01.2026 - 15:50