Təhsil 365 - Logo Mobile

Xəzər Universitetində “Beşinci Türkçülük Çalışmaları” adlı elmi konfrans keçirilib - FOTO

9305.01.2026 - 16:55
Xəzər Universitetində “Beşinci Türkçülük Çalışmaları” adlı elmi konfrans keçirilib - FOTO

2025-ci il dekabrın 26-da Xəzər Universitetində Tarix və arxeologiya departamenti ilə Türkçü Düşüncə Birliyinin birgə təşkilatçılığı ilə “Beşinci Türkçülük Çalışmaları” adlı elmi konfrans keçirilib. Konfrans “Milli və çağdaş təhsil gərəyi” mövzusuna həsr olunub və müasir təhsil sistemlərinin milli dəyərlər və çağdaş elmi yanaşmalar kontekstində dəyərləndirilməsi əsas diqqət mərkəzində saxlanılıb.

“Tehsil365” xəbər verir ki, konfransın açılışında Tarix və arxeologiya departamentinin müdiri, dosent Telman Nüsrətoğlu çıxış edərək iştirakçıları salamlayıb, tədbirin elmi və ictimai əhəmiyyətini vurğulayıb.

Konfransın əsas məruzələrindən biri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor-akademik Hamlet İsaxanlı tərəfindən “Dünyada təhsil: antik dövrdən günümüzədək” mövzusunda təqdim olunub. Məruzədə ali təhsilin tarixi inkişaf mərhələləri sistemli şəkildə təhlil edilib, Platonun Akademiyası, Aristotelin Liseyi, İskəndəriyyə Kitabxanası, İslam dünyasında isə Beytül-Hikmə və Nizamiyyə mədrəsələrinin ali təhsilin formalaşmasındakı rolu xüsusi qeyd olunub.

Məruzədə həmçinin Avropada universitetlərin yaranması, diplom və elmi dərəcə sistemlərinin təşəkkülü, Almaniyada formalaşmış Humboldt modelinin ali təhsildə yaratdığı dönüş, eləcə də ABŞ ali təhsil modelinin əsas xüsusiyyətləri ətraflı şərh edilib. Hamlet İsaxanlı müasir ali təhsilin milli-mədəni dəyərlərə söykənməklə yanaşı, qlobal elmi standartlara uyğun inkişaf etməsinin vacibliyini vurğulayıb və bu kontekstdə Xəzər Universitetinin təhsil sahəsindəki mövqeyinə diqqət çəkib.

Konfransda professor Dr. Nəsib Nəsibli, Böyükağa Mikayıllı, Dr. Aygül İsayeva, dosent Aynur Qəzənfərqızı, Yasəmən Qaraqoyunlu, Dr. Limunət Əmrahlı, professor Dr. Ədalət Tahirzadə, Dr. Odər Qutluər və dosent Dr. Faiq Ələkbərli müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Məruzələrdə türkçülük düşüncəsi, milli ideologiya, tarix, mədəniyyət və təhsil problemləri elmi müstəvidə müzakirə olunub.

Konfrans sonda fəal müzakirələrlə yekunlaşıb, milli və çağdaş təhsil məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.



Aydan Ələkbərova

Xəbər Lenti

Hava ilə bağlı əhaliyə xəbərdarlıq10.01.2026 - 18:00
Azərbaycan dövlətinin ana dili dərsləri və Akademiyanın vəzifələri10.01.2026 - 17:49
Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib10.01.2026 - 17:36
UNEC Voleybol komandası Yüksək Liqada növbəti qələbəsini qazandı!10.01.2026 - 17:21
Azərbaycan və Albaniyanın Elmlər akademiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq10.01.2026 - 17:14
UNEC nümayəndələri üçün Özbəkistanda ‘International Winter School’ proqramında iştirak imkanı10.01.2026 - 17:08
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb10.01.2026 - 16:54
Tanınmış alim Mustafa Qarayev vəfat edib10.01.2026 - 16:36
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı elm-təhsil əlaqələrinin genişlənməsi üçün zəmin yaradıb10.01.2026 - 16:20
Bu il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq10.01.2026 - 16:05
UNEC-in prorektoru dosent Şaiq Əsgərovun 60 illik yubileyi qeyd olunur10.01.2026 - 15:50
Təhsil sənədləriniz artıq “mygov”da10.01.2026 - 15:35
“Mediada Azərbaycan dili” mövzusunda təlimlərə start verildi - Fotolar10.01.2026 - 15:18
Agentlik "Sarı gəlin"in erməni mahnısı kimi təqdim olunması barədə: "Şur-Şahnaz" ancaq Azərbaycana aiddir10.01.2026 - 15:03
AMEA-da yeni təyinatlar və yeni şöbələr10.01.2026 - 14:48
“İRS" beynəlxalq jurnalı ingilis və fransızdilli oxuculara nədən bəhs edir?10.01.2026 - 14:33
Sayalı Sadıqova: ''Afad Qurbanovun əsərləri dilçilik elminin inkişafında mühüm mərhələdir''10.01.2026 - 14:26
Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edilib10.01.2026 - 14:18
Arzu və Alena Əliyevalar sığınacaqda - Fotolar10.01.2026 - 14:12
Gəncədə yeniyetmə bıçaqlanıb10.01.2026 - 14:03
Yerə yaxın planetlərin paradının tarixi açıqlandı10.01.2026 - 13:49
Musiqi müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb10.01.2026 - 13:33
Daşkənd Dövlət Texniki Universitetinin nümayəndələri ADNSU-da olublar10.01.2026 - 12:17
Təhsil sənədləri “mygov” üzərindən təqdim olunacaq10.01.2026 - 12:01
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin son vəziyyəti açıqlanıb10.01.2026 - 11:47
13 yaşlı qız dəm qazından zəhərləndi10.01.2026 - 11:30
Avropada itkin dinozavrlar növü tapıldı10.01.2026 - 11:08
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - Maraqlı STATİSTİKA10.01.2026 - 10:50
Azərbaycanda professor vəfat edib - FOTO10.01.2026 - 10:32
"Ən uğurlu regional təhsil idarəsi" - sorğu DAVAM EDİR10.01.2026 - 10:17
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib10.01.2026 - 10:01
Yeni və rekord sürətli asteroid aşkarlandı10.01.2026 - 09:46
BMU Çinin universiteti ilə ikili diplom müqaviləsi imzaladı10.01.2026 - 09:30
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ10.01.2026 - 09:16
Salyan 4 nömrəli tam orta məktəbdə metodiki görüş keçirilib10.01.2026 - 09:00
Astara şəhər bir saylı məktəbdə şəhid övladına dəstək ziyarəti olub 10.01.2026 - 08:42
İsgəndər Məmmədov adına Qımır kənd tam orta məktəbində İngilis dili dərsi dinlənilib10.01.2026 - 08:36
Astara şəhərində Üzeyir Hacıbəyli 140 illik yubileyi qeyd olundu10.01.2026 - 08:18
2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub10.01.2026 - 08:00
Azərbaycanda 2017-ci il "İslam həmrəyliyi ili" elan olunub10.01.2026 - 07:42
2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib10.01.2026 - 07:24
Dənizkənarı Bulvar İdarəsinin yaradılmasından 16 il ötür10.01.2026 - 07:06
İctimai Radionun yaradılmasından 18 il ötür10.01.2026 - 06:54
Space TV-nin yaradılmasından 29 il ötür10.01.2026 - 06:36
1992-ci il, Azərbaycan Beynəlxalq Bankı yaradıldı10.01.2026 - 06:18
Mingəçevir Su Elektrik Stansiyasının işə salınmasından 72 il ötür10.01.2026 - 06:00
Şixəli Dadaşov: Neftçi və SSRİ Dövlət Mükafatı Laureatı10.01.2026 - 05:42
Azərbaycanın sabiq rəhbəri və sovet diplomatı Əbdürrəhman Vəzirovun vəfatının ildönümüdür10.01.2026 - 05:24