Azərbaycan Xalq Cümhuriyyətinin elmi irsinin davamçılarından biri olan Aslan bəy Vəzirzadə (Vəzirov) 1898-ci il yanvarın 6-da Bakıda dünyaya gəlib.
"Tehsil365" xəbər verir ki, O, Cümhuriyyət hökuməti tərəfindən Avropaya ali təhsil üçün göndərilən tələbələrdən biri olub və sonradan Azərbaycan elminə mühüm töhfələr vermiş tanınmış mineraloq və kristalloqraf kimi tanınıb.
Professor Aslan bəy Vəzirzadə uzun illər elmi fəaliyyət göstərərək Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Onun tədqiqatları mineralogiya və kristalloqrafiya sahəsində ölkənin elmi irsinə mühüm qatqılar verib. Bununla yanaşı, o, filateliya sahəsinə də xüsusi maraq göstərib və bir müddət Azərbaycan Filatelistlər Cəmiyyətinə rəhbərlik edib.
1984-cü ildə Bakıda vəfat edən Aslan bəy Vəzirzadə yalnız elm adamı deyil, həm də milli yaddaşın daşıyıcısı olaraq yadda qalıb. Onun həyatı və fəaliyyəti Azərbaycanın elmi və mədəni tarixində mühüm yer tutur.

