6 yanvar 1965-ci ildə Qazaxda anadan olan Vahid Məmmədli həm hüquq, həm də incəsənət sahəsində uğurları ilə seçilən çoxşaxəli şəxsiyyətdir.
"Tehsil365" xəbər verir ki, Yazıçı, şair, abstraksionist rəssam, hüquq elmləri üzrə fəlsəfə doktoru olan Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin (2007) və Beynəlxalq Prokurorlar Assosiasiyasının (2009) üzvüdür.
O, Azərbaycan ədəbiyyatında ilk fentezi romanın – "Atropatena dastanı"nın, eləcə də dünya ədəbiyyatında ilk qansız döyüş romanının – "Tunc Allahın yükü"nün müəllifidir. Bu əsərlər onun orijinal düşüncə tərzini, janr yeniliyi axtarışlarını və milli düşüncəni müasir qlobal çərçivədə təqdim etmə bacarığını ortaya qoyur.
2021-ci ildə Prezident təqaüdünə layiq görülən Vahid Məmmədli həm də baş ədliyyə müşaviri kimi hüquq sahəsində də mühüm fəaliyyət göstərib. Onun yaradıcılığı və peşəkar fəaliyyəti gənc yazarlara və hüquqşünaslara ilham verir.

