Bu gün nasir və pedaqoq Abdulla Vəli ağa oğlu Sübhanverdixanovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1883-cü il yanvarın 1-də Şuşa qəzasının Əzizbəyli kəndində anadan olmuş, 1936-cı il yanvarın 6-da Bakıda vəfat etmişdir.
Ədəbiyyata nasir kimi töhfələr verən Sübhanverdixanov, həm də maarifçi-pedaqoq kimi fəaliyyət göstərmiş, gənc nəslin təhsilinə xüsusi önəm vermişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.
Abdulla Sübhanverdixanovun yaradıcılığı milli ədəbiyyatın inkişafına xidmət etmiş və o, öz dövründə maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamışdır. Onun xatirəsi Azərbaycan ədəbiyyat tarixində yaşayır.

