Bu gün görkəmli Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin faciəli şəkildə dünyasını dəyişməsinin ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1908-ci il iyunun 5-də Bakıda anadan olmuş, 1938-ci il yanvarın 6-da isə repressiya qurbanı kimi güllələnmişdir.
Ədəbi fəaliyyətinə gənc yaşlarından başlayan Mikayıl Müşfiq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. “Azərnəşr”də redaktor kimi çalışmış, klassik poeziyanı müasir ruhla birləşdirən şeirləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoymuşdur.
Onun “Yenə o bağ olaydı”, “Oxu, tar!” kimi şeirləri Azərbaycan poeziyasının inciləri sırasında yer alır. Şairin yaradıcılığı sevgi, təbiət və azadlıq ideyaları ilə zəngindir.
Mikayıl Müşfiq repressiya illərinin qurbanı kimi ədəbiyyat tariximizdə həm də məzlum sənətkar obrazında qalır. Xatirəsi böyük ehtiramla yad edilir.

