Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Mərziyyə Yusif qızı Davudovanın vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 6 yanvar 1962-ci ildə Bakıda dünyasını dəyişmişdir.
1901-ci ildə Həştərxanda doğulan sənətkar Azərbaycan teatrının inkişafında böyük rol oynamış, 1936-cı ildə Azərbaycan SSR xalq artisti adına layiq görülmüşdür. O, həmçinin 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir.
Zəngin yaradıcılığı, səhnəyə gətirdiyi dərin psixoloji obrazlarla yadda qalan Mərziyyə Davudova milli teatr sənətimizin tarixində silinməz iz qoymuş sənətkarlardandır.
Xatirəsi dərin hörmətlə yad edilir.

