Azərbaycan musiqi dünyası tanınmış müğənni və bəstəkar Vüqar Yusubovun vəfatı ilə sarsılıb.
"Tehsil365" xəbər verir ki, O, 6 yanvar 2024-cü ildə, 58 yaşında dünyasını dəyişib.
1965-ci il dekabrın 12-də anadan olan Vüqar Yusubov 1980-ci illərdən etibarən həm Azərbaycanda, həm də Rusiyada musiqi fəaliyyəti ilə məşğul olub. O, "Təbriz" musiqi qrupunun rəhbəri kimi geniş tanınıb, ifa etdiyi mahnılarla və bəstələri ilə dinləyicilərin rəğbətini qazanıb.
Onun sənəti milli ruhun və musiqi zövqünün təcəssümü kimi dəyərləndirilirdi. Yusubovun itkisi Azərbaycan musiqisinə ağır zərbədir. Xatirəsi hər zaman ehtiramla yad olunacaq.

