Zaqatala Çökəkoba kənd tam orta məktəbində V sinif Azərbaycan dili dərsi zamanı "Oxu dəqiqələri" təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərsin müəllimi Kəmalə Qaziyeva şagirdlərin oxu bacarıqlarını inkişaf etdirmək məqsədilə bu tədbiri həyata keçirib.
Tədbir zamanı şagirdlər müxtəlif mətnləri səsləndirərək, oxuma vərdişlərini təkmilləşdiriblər. "Oxu dəqiqələri" dərsi şagirdlərin dil biliklərinin artırılması və dilə marağının yüksəldilməsi üçün əhəmiyyətli hesab olunur.

