Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində fənn müəllimləri G. Ağayeva və G. Qüdrətzadənin rəhbərliyi ilə əyləncəli və interaktiv "İngilis dili gecəsi" təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Tədbir zamanı şagirdlər səhnəciklər, şən musiqi və rəqs nömrələri ilə çıxış edərək, ingilis dilində şeir parçaları səsləndiriblər. Gecə həm öyrədici, həm də əyləncəli məzmunu ilə iştirakçıların böyük marağına səbəb olub.
Məktəb rəhbərliyi belə tədbirlərin şagirdlərin dil biliklərinin inkişafına və yaradıcılıq qabiliyyətlərinin artırılmasına mühüm töhfə verdiyini bildirib.

