Zaqatala Çökəkoba kənd tam orta məktəbində VI sinif Azərbaycan dili dərsində "Oxu dəqiqələri" təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Dərsin aparıcısı müəllim Nailə Vicilova olub.
Tədbirin məqsədi şagirdlərin oxu bacarıqlarını inkişaf etdirmək, dilə marağı artırmaq və onların nitq mədəniyyətini zənginləşdirmək olub. Şagirdlər müxtəlif mətnlər üzərində çalışaraq, dərs prosesinə aktiv şəkildə qoşulublar.
Müəllim Nailə Vicilova belə tədbirlərin dərs prosesini daha maraqlı və səmərəli etdiyini qeyd edib.

