Yanvarın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında şam işığında tanınmış valslardan ibarət konsert keçiriləcək.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, proqramda J. Strauss, P. Çaykovski, D. Şostakoviçin əfsanə valsları ifa olunacaq.
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ars Caspia Ensemble-nın tərkibində Azərbaycanın tanınmış musiqiçilər - Renata Abubekirova (I violin), Yuliya Motorina (II violin), Aleksey Miltıx (violonçel), Rəna Rəhimova (viola), Rəvan Əhmədzadə (kortrabas) və Ülviyyə Dadaşova (piano) yer alır.

