Təhsil 365 - Logo Mobile

Kiyevdə Azərbaycan dilini tədris edən Səfayə Naibova: Dilimizi qorumaq xaricdə yaşayan azərbaycanlılar olaraq bizi də məsuliyyətli edir

8706.01.2026 - 15:56
Kiyevdə Azərbaycan dilini tədris edən Səfayə Naibova: Dilimizi qorumaq xaricdə yaşayan azərbaycanlılar olaraq bizi də məsuliyyətli edir

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin qorunmasının və xaricdə yaşayan azərbaycanlıların da doğma dilini mükəmməl bilməsinin vacibliyini qeyd edib.

Ukrayna soydaşlarımızın daha çox yaşadığı ölkələrdən biri olduğu üçün burada Azərbaycan dilinin tədrisi və təbliği həmişə diqqət mərkəzində olub. Kiyevdə 20 ilə yaxındır Azərbaycan dilini tədris və təbliğ edən soydaşlarımızdan biri Səfayə Naibovadır.

Tehsil365“ “AZƏRTAC“a istinadla xəbər verir ki,o 2009-cu ildən aktiv olaraq Azərbaycan dilinin tədrisi və təbliği ilə məşğuldur. Bu müddət ərzində Kiyevdəki 37, 135, 188, 247 və 291 nömrəli orta ümumtəhsil məktəblərində Azərbaycan dili sinifləri uğurla fəaliyyət göstərib. O, həmin təhsil müəssisələrində yüzlərlə gənc həmvətənimizə və ukraynalıya Azərbaycan dili öyrədilib.

Hazırda isə Səfayə Naibova Kiyevin 247 saylı orta məktəbində Azərbaycan dili və tarixini tədris edir.

“Bizim dilimiz ecazkar, şeirə yatımlıdır. Ukraynalılar da həmişə qeyd edirlər ki, Azərbaycan dili musiqi dilidir. Hətta azərbaycanlı oğanlarla ailə quran ukraynalı qızlar da Azərbaycan dilini öyrənmək üçün müraciət edirlər. Fikrimcə Azərbaycan dili zənginliyinə görə, dünya dillər arasında yer tutur”- deyə Səfayə Naibova əlavə edib.

Soydaşımız bildirib ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xarici ölkələrdə Azərbaycan dili məktəblərinin sayı artmaqdadır: “Hörmətli Prezidentimizin dediyi kimi dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.

Müharibə şəraitinə baxmayaraq gənc həmvətənlərimiz və onların müxtəlif xalqların nümayəndələri olan yaşıdları müəllim Səfayə Naibovanın rəhbərliyi ilə Azərbaycan dilini, Odlar Yurdunun ədəbiyyatını və tarixini öyrənir, milli adət-ənənələrimizlə tanış olurlar.

Alsu İsmayılova

Xəbər Lenti

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb07.01.2026 - 19:00
Azərbaycanın xarici siyasətində əldə olunan mühüm nailiyyətlər sırasında Çinlə strateji tərəfdaşlıq xüsusi yer tutur07.01.2026 - 18:44
UNEC rektoru Avropada elmi ezamiyyətdə olmuş tədqiqatçılarla görüşüb07.01.2026 - 18:17
Gənc tədqiqatçıların IX respublika elmi konfransı keçiriləcək07.01.2026 - 17:58
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri tanışlıq səfəri ediblər07.01.2026 - 17:41
2-ci sinif şagirdi dəm qazından boğularaq öldü, anasının vəziyyəti ağırdır07.01.2026 - 17:22
Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Qacarlar dövrünə aid qızıl kulon07.01.2026 - 17:00
Şair Kıyalbek Akmatov: Ədəbiyyat Türk dünyasının mədəni birliyini möhkəmləndirir07.01.2026 - 16:48
Bakı metrosunun “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb07.01.2026 - 16:25
Motsartın 270 illiyinə həsr olunmuş konsert - “Nadir klassik musiqi axşamı” 07.01.2026 - 16:00
Keçən il 359 qadına elmi dərəcə verilib07.01.2026 - 15:30
DİM-in Lənkəran Regional Bölməsinə yeni müdir təyin olunub07.01.2026 - 15:16
Ölkəmizdə alim olmaq niyə çətinləşib?07.01.2026 - 15:00
"WhatsApp"da yeni funksiyalar istifadəyə veriləcək 07.01.2026 - 14:40
Leyla Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib07.01.2026 - 14:25
BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda elmi tədbirdə təqdimat edib07.01.2026 - 14:12
Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib07.01.2026 - 14:00
İnformasiya portalının əməkdaşları Nəriman Nərimanovun xatirə muzeyində çəkiliş aparıblar 07.01.2026 - 13:20
Salyan rayonunda elektron (rəqəmsal) formada keçirilən monitorinqin nəticələri müzakirə olunub07.01.2026 - 13:02
ADU-nun müəllimləri BDU-da keçirilən II Beynəlxalq Elmi Konfransda iştirak ediblər07.01.2026 - 12:45
ADU- da “Gələcəyin ingilis dili” layihəsi uğurla davam edir07.01.2026 - 12:30
ADU ilə Təranə Möhsünova Disleksiya Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub07.01.2026 - 12:16
ADU-da ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib07.01.2026 - 12:00
ADU-da fransız dili üzrə pedaqoqların fəaliyyəti təqdir olunub07.01.2026 - 11:44
Sabahın havası - 16° isti07.01.2026 - 11:32
Tanınmış alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi hazırlanıb07.01.2026 - 11:15
Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub07.01.2026 - 11:00
Dekabrda BŞTİ-yə 11 min 238 müraciət daxil olub07.01.2026 - 10:45
Şəkidə məktəb binasında yanğın olub07.01.2026 - 10:30
"DEEP TECH" İnkubasiya Proqramına qeydiyyat BAŞLADI07.01.2026 - 10:17
Xərçəng xəstəliyi son 30 ildə iki dəfə artıb07.01.2026 - 10:01
Çin və Macarıstanda təhsil üçün 616 müraciət edilib07.01.2026 - 09:55
Uşaq qidalarında təhlükə aşkarlandı07.01.2026 - 09:45
Kosmik "Milad ağacı" görüntüləndi07.01.2026 - 09:29
Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir07.01.2026 - 09:16
Kollecin yeni rəhbər şəxsi kollektivə təqdim edilib07.01.2026 - 09:11
“O Olmasın, Bu Olsun” filminin 70 illik yubileyi07.01.2026 - 09:00
Qax rayon Tasmalı kənd tam orta məktəbində "Səliqəli xətt müsabiqəsi" başlayıb07.01.2026 - 08:48
"Sağlam rasional qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib 07.01.2026 - 08:30
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək 07.01.2026 - 08:30
Orta məktəb müəllimləri və idarəçiləri üçün ABŞ Təhsil Proqramına müraciətlər açıqdır07.01.2026 - 08:12
Məktəblər kolleclərə hazırlıq və CTE-ni bərabər səviyyədə saxlayırlarmı?07.01.2026 - 07:54
"The Score" kitabının icmalı: Gündəlik həyatın oyunlaşdırılması ilə bağlı parlaq xəbərdarlıq07.01.2026 - 07:36
1610 — Qalileo Qaliley Yupiterin dörd peykini kəşf etdi07.01.2026 - 07:18
Naxçıvanda SSRİ-Türkiyə sərhədindəki tikanlı məftillər söküldü07.01.2026 - 07:00
Azərbaycan və Svaziland arasında diplomatik əlaqələr quruldu07.01.2026 - 06:42
Portuqaliya Azərbaycanın müstəqilliyini tanıdı07.01.2026 - 06:24
Vətənə sədaqətin simvolu: Polkovnik-leytenant Rəşad Atakişiyev anılır07.01.2026 - 06:06