Təhsil 365 - Logo Mobile

Əmrah Həsənli: "Möhtərəm Prezidentimizin Azərbaycan dili ilə bağlı mövqeyi milli məsuliyyət çağırışıdır!"

7006.01.2026 - 16:13
Əmrah Həsənli: "Möhtərəm Prezidentimizin Azərbaycan dili ilə bağlı mövqeyi milli məsuliyyət çağırışıdır!"

“Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil və bu çağırışlar sadəcə mədəni mövqe deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.”

Bu fikirləri “Tehsil365”ə açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.

Onun sözlərinə görə, Prezident açıq şəkildə vurğulayıb ki, Azərbaycan dili milli kimliyimizin əsas dayağıdır və bu dili qorumaq təkcə dövlətin deyil, hər bir azərbaycanlının borcudur.

Əmrah Həsənli qeyd edib ki, Azərbaycan böyük xalqdır, zəngin tarixə və mədəniyyətə malikdir və böyük xalqın böyük məsuliyyəti olur. Prezidentin xüsusi olaraq diqqət çəkdiyi məsələlərdən biri də xaricdə yaşayan azərbaycanlıların ana dilimizi məişət səviyyəsində deyil, mükəmməl səviyyədə bilməsinin vacibliyidir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində Azərbaycan məktəblərinin və onlayn tədris platformalarının yaradılması ideyası strateji və uzaqgörən yanaşma kimi dəyərləndirilməlidir.

Açıqlamada vurğulanıb ki, dilin qorunması yalnız dərslik və ya qanunla mümkün deyil. Dil ailədə başlayır, məktəbdə möhkəmlənir, cəmiyyətdə isə yaşadılır. Əgər valideynlər evdə övladları ilə yad sözlərin qarışdığı, yarımçıq və deformasiyaya uğramış dildə danışırlarsa, gələcəkdə məktəbdən və ya dövlətdən mükəmməl dil mühiti gözləmək düzgün olmaz.

Əmrah Həsənli bildirib ki:

“Xarici dilləri bilmək müasir dünyanın tələbidir və bu, böyük üstünlükdür. Lakin ana dilini yad sözlərin təsiri altına salmaq tamamilə fərqli və təhlükəli prosesdir. Onun sözlərinə görə, sosial mediada, reklam lövhələrində, televiziya proqramlarında və hətta rəsmi çıxışlarda Azərbaycan dilinin imkanları olduğu halda xarici kəlmələrdən istifadə edilməsi dilin ruhunu zəiflədir və bu proses səssiz şəkildə milli kimliyə zərbə vurur.”

Müsahib qeyd edib ki, Prezidentin səsləndirdiyi fikirlər hər bir vətəndaş üçün ciddi xəbərdarlıqdır. Dilin qorunması radikal yanaşma deyil, milli şüurun göstəricisidir. Azərbaycan dilində səlis, düzgün və zəngin danışmaq utanc yox, qürur mənbəyi olmalıdır. Xüsusilə müəllimlər, jurnalistlər, ictimai xadimlər və valideynlər bu məsələdə daha böyük məsuliyyət daşıyırlar.

Sonda Əmrah Həsənli vurğulayıb ki:

“Bu gün Azərbaycan dili qorunmazsa, sabah milli kimliyi qorumaq çətinləşəcək. Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil — tariximiz, yaddaşımız və gələcəyimizdir. Prezidentin bu çağırışı hər kəsi düşünməyə vadar etməlidir: dilə necə yanaşırıq və onu gələcək nəsillərə hansı formada ötürürük?”

Onun fikrincə, Azərbaycan dilinin qorunması tək dövlətin deyil, hər bir Azərbaycan vətəndaşının borcudur və bu borcun yerinə yetirilməsi gündəlik danışıq dilindən başlayır.

Rəşanə İsamqızı

Xəbər Lenti

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb07.01.2026 - 19:00
Azərbaycanın xarici siyasətində əldə olunan mühüm nailiyyətlər sırasında Çinlə strateji tərəfdaşlıq xüsusi yer tutur07.01.2026 - 18:44
UNEC rektoru Avropada elmi ezamiyyətdə olmuş tədqiqatçılarla görüşüb07.01.2026 - 18:17
Gənc tədqiqatçıların IX respublika elmi konfransı keçiriləcək07.01.2026 - 17:58
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri tanışlıq səfəri ediblər07.01.2026 - 17:41
2-ci sinif şagirdi dəm qazından boğularaq öldü, anasının vəziyyəti ağırdır07.01.2026 - 17:22
Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Qacarlar dövrünə aid qızıl kulon07.01.2026 - 17:00
Şair Kıyalbek Akmatov: Ədəbiyyat Türk dünyasının mədəni birliyini möhkəmləndirir07.01.2026 - 16:48
Bakı metrosunun “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb07.01.2026 - 16:25
Motsartın 270 illiyinə həsr olunmuş konsert - “Nadir klassik musiqi axşamı” 07.01.2026 - 16:00
Keçən il 359 qadına elmi dərəcə verilib07.01.2026 - 15:30
DİM-in Lənkəran Regional Bölməsinə yeni müdir təyin olunub07.01.2026 - 15:16
Ölkəmizdə alim olmaq niyə çətinləşib?07.01.2026 - 15:00
"WhatsApp"da yeni funksiyalar istifadəyə veriləcək 07.01.2026 - 14:40
Leyla Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib07.01.2026 - 14:25
BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda elmi tədbirdə təqdimat edib07.01.2026 - 14:12
Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib07.01.2026 - 14:00
İnformasiya portalının əməkdaşları Nəriman Nərimanovun xatirə muzeyində çəkiliş aparıblar 07.01.2026 - 13:20
Salyan rayonunda elektron (rəqəmsal) formada keçirilən monitorinqin nəticələri müzakirə olunub07.01.2026 - 13:02
ADU-nun müəllimləri BDU-da keçirilən II Beynəlxalq Elmi Konfransda iştirak ediblər07.01.2026 - 12:45
ADU- da “Gələcəyin ingilis dili” layihəsi uğurla davam edir07.01.2026 - 12:30
ADU ilə Təranə Möhsünova Disleksiya Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub07.01.2026 - 12:16
ADU-da ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib07.01.2026 - 12:00
ADU-da fransız dili üzrə pedaqoqların fəaliyyəti təqdir olunub07.01.2026 - 11:44
Sabahın havası - 16° isti07.01.2026 - 11:32
Tanınmış alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi hazırlanıb07.01.2026 - 11:15
Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub07.01.2026 - 11:00
Dekabrda BŞTİ-yə 11 min 238 müraciət daxil olub07.01.2026 - 10:45
Şəkidə məktəb binasında yanğın olub07.01.2026 - 10:30
"DEEP TECH" İnkubasiya Proqramına qeydiyyat BAŞLADI07.01.2026 - 10:17
Xərçəng xəstəliyi son 30 ildə iki dəfə artıb07.01.2026 - 10:01
Çin və Macarıstanda təhsil üçün 616 müraciət edilib07.01.2026 - 09:55
Uşaq qidalarında təhlükə aşkarlandı07.01.2026 - 09:45
Kosmik "Milad ağacı" görüntüləndi07.01.2026 - 09:29
Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir07.01.2026 - 09:16
Kollecin yeni rəhbər şəxsi kollektivə təqdim edilib07.01.2026 - 09:11
“O Olmasın, Bu Olsun” filminin 70 illik yubileyi07.01.2026 - 09:00
Qax rayon Tasmalı kənd tam orta məktəbində "Səliqəli xətt müsabiqəsi" başlayıb07.01.2026 - 08:48
"Sağlam rasional qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib 07.01.2026 - 08:30
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək 07.01.2026 - 08:30
Orta məktəb müəllimləri və idarəçiləri üçün ABŞ Təhsil Proqramına müraciətlər açıqdır07.01.2026 - 08:12
Məktəblər kolleclərə hazırlıq və CTE-ni bərabər səviyyədə saxlayırlarmı?07.01.2026 - 07:54
"The Score" kitabının icmalı: Gündəlik həyatın oyunlaşdırılması ilə bağlı parlaq xəbərdarlıq07.01.2026 - 07:36
1610 — Qalileo Qaliley Yupiterin dörd peykini kəşf etdi07.01.2026 - 07:18
Naxçıvanda SSRİ-Türkiyə sərhədindəki tikanlı məftillər söküldü07.01.2026 - 07:00
Azərbaycan və Svaziland arasında diplomatik əlaqələr quruldu07.01.2026 - 06:42
Portuqaliya Azərbaycanın müstəqilliyini tanıdı07.01.2026 - 06:24
Vətənə sədaqətin simvolu: Polkovnik-leytenant Rəşad Atakişiyev anılır07.01.2026 - 06:06