Təhsil 365 - Logo Mobile

Prezident İlham Əliyev: “Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun”

8406.01.2026 - 16:29
Prezident İlham Əliyev: “Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

Tehsil365” xəbər verir ki, Dövlət başçısı müsahibəsində elm və təhsil sahəsində aparılan islahatlarla bağlı sualı da cavablandırıb.

“Cənab Prezident, bu mövzunun davamı olaraq, dövləti, milləti güclü edən həm də elm və təhsildir. Bir neçə il bundan əvvəl Sizin savadlı millət, “qara qızıl”ı insan kapitalına çevirmək ilə bağlı konsepsiyanız var idi. Azərbaycanda elm və təhsil sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Hansı addımlar atılmalıdır? Sizin gənclərə bu baxımdan tövsiyəniz nədən ibarət olardı?”, sualına cavab olaraq Prezident İlham Əliyev aşağıdakıları qeyd edib:

“Bilirsiniz ki, biz artıq struktur dəyişiklikləri də etdik, Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik.

Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, - onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə, - yaradılıb. Məsələn, ikisi Rusiya, biri Fransa, biri Türkiyə, biri də İtaliya ilə – beş. Qalanını da özümüz, o cümlədən Qarabağ Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq.

Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır. Əlbəttə, hər birimiz ölkəmiz üçün ancaq yaxşı günlər arzulayırıq və verdiyiniz bu sual da çox vaxtında verilən sualdır. Bu da ayrıca bir danışığın, yəni söhbətin mövzusudur. Ancaq hesab edirəm ki, biz düzgün yoldayıq və islahatlar davam etdiriləcək”.

Prezident həmçinin qeyd edib ki, son 20 il ərzində Azərbaycanda 3 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı təmir edilib: “Bu bizim siyasətimizin, o cümlədən iqtisadi siyasətin ayrılmaz hissəsidir və yenə də deyirəm, iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət yetiriləcək və maliyyə ayrılacaq”.

Rəşanə İsamqızı

Xəbər Lenti

Milli Teatrda yeni tamaşanın məşqlərinə başlanılıb07.01.2026 - 19:00
Azərbaycanın xarici siyasətində əldə olunan mühüm nailiyyətlər sırasında Çinlə strateji tərəfdaşlıq xüsusi yer tutur07.01.2026 - 18:44
UNEC rektoru Avropada elmi ezamiyyətdə olmuş tədqiqatçılarla görüşüb07.01.2026 - 18:17
Gənc tədqiqatçıların IX respublika elmi konfransı keçiriləcək07.01.2026 - 17:58
UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri tanışlıq səfəri ediblər07.01.2026 - 17:41
2-ci sinif şagirdi dəm qazından boğularaq öldü, anasının vəziyyəti ağırdır07.01.2026 - 17:22
Azərbaycan muzeylərinin əlamətdar eksponatları: Qacarlar dövrünə aid qızıl kulon07.01.2026 - 17:00
Şair Kıyalbek Akmatov: Ədəbiyyat Türk dünyasının mədəni birliyini möhkəmləndirir07.01.2026 - 16:48
Bakı metrosunun “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb07.01.2026 - 16:25
Motsartın 270 illiyinə həsr olunmuş konsert - “Nadir klassik musiqi axşamı” 07.01.2026 - 16:00
Keçən il 359 qadına elmi dərəcə verilib07.01.2026 - 15:30
DİM-in Lənkəran Regional Bölməsinə yeni müdir təyin olunub07.01.2026 - 15:16
Ölkəmizdə alim olmaq niyə çətinləşib?07.01.2026 - 15:00
"WhatsApp"da yeni funksiyalar istifadəyə veriləcək 07.01.2026 - 14:40
Leyla Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib07.01.2026 - 14:25
BDU-nun SABAH qruplarının tələbəsi Tacikistanda elmi tədbirdə təqdimat edib07.01.2026 - 14:12
Nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib07.01.2026 - 14:00
İnformasiya portalının əməkdaşları Nəriman Nərimanovun xatirə muzeyində çəkiliş aparıblar 07.01.2026 - 13:20
Salyan rayonunda elektron (rəqəmsal) formada keçirilən monitorinqin nəticələri müzakirə olunub07.01.2026 - 13:02
ADU-nun müəllimləri BDU-da keçirilən II Beynəlxalq Elmi Konfransda iştirak ediblər07.01.2026 - 12:45
ADU- da “Gələcəyin ingilis dili” layihəsi uğurla davam edir07.01.2026 - 12:30
ADU ilə Təranə Möhsünova Disleksiya Mərkəzi arasında əməkdaşlıq imkanları müzakirə olunub07.01.2026 - 12:16
ADU-da ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib07.01.2026 - 12:00
ADU-da fransız dili üzrə pedaqoqların fəaliyyəti təqdir olunub07.01.2026 - 11:44
Sabahın havası - 16° isti07.01.2026 - 11:32
Tanınmış alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi hazırlanıb07.01.2026 - 11:15
Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub07.01.2026 - 11:00
Dekabrda BŞTİ-yə 11 min 238 müraciət daxil olub07.01.2026 - 10:45
Şəkidə məktəb binasında yanğın olub07.01.2026 - 10:30
"DEEP TECH" İnkubasiya Proqramına qeydiyyat BAŞLADI07.01.2026 - 10:17
Xərçəng xəstəliyi son 30 ildə iki dəfə artıb07.01.2026 - 10:01
Çin və Macarıstanda təhsil üçün 616 müraciət edilib07.01.2026 - 09:55
Uşaq qidalarında təhlükə aşkarlandı07.01.2026 - 09:45
Kosmik "Milad ağacı" görüntüləndi07.01.2026 - 09:29
Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir07.01.2026 - 09:16
Kollecin yeni rəhbər şəxsi kollektivə təqdim edilib07.01.2026 - 09:11
“O Olmasın, Bu Olsun” filminin 70 illik yubileyi07.01.2026 - 09:00
Qax rayon Tasmalı kənd tam orta məktəbində "Səliqəli xətt müsabiqəsi" başlayıb07.01.2026 - 08:48
"Sağlam rasional qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib 07.01.2026 - 08:30
BSU-da Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçiriləcək 07.01.2026 - 08:30
Orta məktəb müəllimləri və idarəçiləri üçün ABŞ Təhsil Proqramına müraciətlər açıqdır07.01.2026 - 08:12
Məktəblər kolleclərə hazırlıq və CTE-ni bərabər səviyyədə saxlayırlarmı?07.01.2026 - 07:54
"The Score" kitabının icmalı: Gündəlik həyatın oyunlaşdırılması ilə bağlı parlaq xəbərdarlıq07.01.2026 - 07:36
1610 — Qalileo Qaliley Yupiterin dörd peykini kəşf etdi07.01.2026 - 07:18
Naxçıvanda SSRİ-Türkiyə sərhədindəki tikanlı məftillər söküldü07.01.2026 - 07:00
Azərbaycan və Svaziland arasında diplomatik əlaqələr quruldu07.01.2026 - 06:42
Portuqaliya Azərbaycanın müstəqilliyini tanıdı07.01.2026 - 06:24
Vətənə sədaqətin simvolu: Polkovnik-leytenant Rəşad Atakişiyev anılır07.01.2026 - 06:06