Təhsil 365 - Logo Mobile

BDU-da “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edilib

7906.01.2026 - 16:57
BDU-da “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edilib

2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş və ənənəvi olaraq keçirilən “İlin gənc alimi” müsabiqəsi elan olunub.

Tehsil365” xəbər verir ki, müsabiqənin əsas məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-dək olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələr əldə etmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə çərçivəsində təsir (impakt) faktorlu, nüfuzlu beynəlxalq bazalarda indekslənən jurnallarda dərc olunmuş elmi məqalələri, digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənən gənc alimlər qiymətləndiriləcək.

Mükafatlandırma

Müsabiqə üzrə qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi” adına layiq görüləcək, diplom və pul mükafatları ilə təltif olunacaqlar:

Təbiət-dəqiq və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

İştirak şərtləri

Müsabiqədə iştirak etmək üçün 2025-ci ildə:

təbiət-dəqiq və texnika elmləri üzrə ən azı 1 məqalənin Web of Science və/və ya Scopus bazalarına daxil olan jurnallarda;

humanitar və ictimai elmlər üzrə isə ən azı 1 məqalənin Web of Science, Scopus, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu beynəlxalq indeksləmə sistemlərinə daxil olan jurnallarda dərc olunması tələb olunur.

Təqdim olunmalı sənədlər

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

2025-ci ildə dərc olunmuş məqalələr (PDF formatda, DOI və internet linki göstərilməklə);

monoqrafiya, kitab, atlas və icmallar;

ixtira və patentlər;

elmi işlərə edilən istinadların statistikası (Scopus, Web of Science, Google Scholar və s.);

multidisiplinar və tətbiqi xarakterli elmi işlər;

respublika və beynəlxalq elmi tədbirlərdə iştirakla bağlı sənədlər;

qrant fəaliyyəti;

tədris fəaliyyəti;

elmin kütləviləşdirilməsi üzrə fəaliyyətlər;

şəxsi elmi və peşəkar platformalara (ResearchGate, Google Scholar, LinkedIn və s.) keçidlər.

Sənədlərin qəbulu

Müsabiqəyə sənədlərin qəbulu 2026-cı il 6 yanvar tarixindən başlayır və 26 yanvar saat 17:00-dək davam edəcək.

Sənədlər elektron formada [email protected] elektron ünvanına təqdim edilməlidir.

Müsabiqədə yalnız BDU-nun magistrantları, doktorantları və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər. Kollektiv müraciətlər qəbul olunmur və hər bir elmi iş müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim edilə bilər.

Qeyd olunur ki, təqdim edilən sənədlərin düzgünlüyünə görə məsuliyyəti iddiaçı daşıyır. Qaydalara uyğun olmayan və gec təqdim edilən sənədlər müsabiqəyə buraxılmayacaq.

Rəşanə İsamqızı

Xəbər Lenti

Davud Kazımovun 100 illiyinə həsr olunmuş sərgi22.02.2026 - 09:27
Bakıda birinci kurs tələbəsi faciəvi şəkildə həlak olub 22.02.2026 - 09:15
Oruc tutanlarda göz quruluğu sindromu yaranır22.02.2026 - 09:10
Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq22.02.2026 - 09:00
ADPU-da prorektor tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb22.02.2026 - 08:50
Sabahın hava proqnozu22.02.2026 - 08:39
Tehranda tələbələr etiraz aksiyası keçirib22.02.2026 - 08:28
NASA Aya ekipajlı missiya göndərmək planlarından imtina edib22.02.2026 - 08:12
Taksi sürücüləri üçün imtahan olacaq22.02.2026 - 08:00
Rasionda lif çatışmazlığı yaddaşı zəiflədə bilər22.02.2026 - 07:49
Universitetlərə qəbul üçün elektron qeydiyyat davam edir22.02.2026 - 07:36
Pişiklər sahiblərini uzun müddət unutmur- ARAŞDIRMA22.02.2026 - 07:25
Azərbaycanda zəlzələ olub22.02.2026 - 07:15
Bu günün hava proqnozu 22.02.2026 - 07:05
Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik haqqında bəyanat imzalanıb22.02.2026 - 06:54
Əsgəran hadisələri: 1988-ci ilin faciəli səhifəsi22.02.2026 - 06:36
Bakıda “Şah İsmayıl Xətai” metrostansiyası istifadəyə verilib22.02.2026 - 06:18
“Lək-lək” jurnalı ilk dəfə nəşr olunub22.02.2026 - 06:00
Kamil Cəlilovun sənət irsi yad edilir22.02.2026 - 05:42
Yalçın Rzazadənin xatirəsi ehtiramla anılır22.02.2026 - 05:18
Çingiz Mehdiyevin sənət yolu yad edilir22.02.2026 - 05:06
Natiq Cəfərli siyasi və iqtisadi fəaliyyətini davam etdirir22.02.2026 - 04:54
Hacı Ağabəy Sultanovun elmi irsi yad edilir22.02.2026 - 04:36
Süleyman Ələsgərovun xatirəsi anılır22.02.2026 - 04:18
Əzimzadə Yusif Əhmədulla oğlu haqqında xəbər22.02.2026 - 04:00
Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı21.02.2026 - 19:55
"Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları" mövzusunda təlim keçirilib21.02.2026 - 19:45
WUF13-də üç xüsusi "Sakit otaq" fəaliyyət göstərəcək21.02.2026 - 19:26
Məhəmməd Muradlı şahmat üzrə Azərbaycan çempionu olub21.02.2026 - 19:20
Şahmat üzrə Azərbaycan çempionatının bürünc medalçısı bəlli olub21.02.2026 - 19:13
"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"21.02.2026 - 19:06
Özəl və dövlət bağçaları arasında keyfiyyət fərqi böyükdürmü? – Ekspert açıqladı21.02.2026 - 19:03
Vyetnamda dünyanın ən böyük stadionu tikilir21.02.2026 - 18:54
İsveçdə milli süni intellekt dil modeli yaradılacaq21.02.2026 - 18:47
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir21.02.2026 - 18:35
BMU ilə UNICON.UZ arasında əməkdaşlıq müzakirə olunub21.02.2026 - 18:27
Məktəblilər beynəlxalq müsabiqədə 6 medal qazanıblar21.02.2026 - 18:17
NASA martda Aya astronavt göndərməyi planlaşdırır21.02.2026 - 18:10
Yaradıcı müəllimlər təltif olunub21.02.2026 - 18:03
Ekspert: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir21.02.2026 - 18:00
Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək21.02.2026 - 17:54
Sabahın hava proqnozu açıqlanıb21.02.2026 - 17:50
Həkimlər niyə saat 23:00-dək yatmağı tövsiyə edirlər?21.02.2026 - 17:42
Yeni nəhəng dinozavr növü kəşf edildi21.02.2026 - 17:40
Uşağı elektron cihazlardan necə uzaqlaşdırmaq olar?21.02.2026 - 17:30
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub21.02.2026 - 17:30
Milli Dram Teatrında Xalq artisti Əliabbas Qədirovun 80 illiyi qeyd olunub21.02.2026 - 17:20
Tailandda ölümcül virus: 72 pələng öldü21.02.2026 - 17:18