7 yanvar 1907-ci ildə Yelizavetpolda (indiki Gəncə) dünyaya gələn Mirəli Seyidəli oğlu Qaşqay Azərbaycan geologiya elminin inkişafında mühüm rol oynamış görkəmli alimlərdən biridir.
"Tehsil365" xəbər verir ki, O, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki və əməkdar elm və texnika xadimi kimi elmi fəaliyyətində dəyərli iz qoyub.
Mirəli Qaşqay 1942-ci ildə professor elmi adını, 1945-ci ildə isə Azərbaycan SSR EA-nın akademiki fəxri adını alıb. 1945–1962 və 1967–1974-cü illərdə EA-nın akademik katibi vəzifəsində çalışaraq ölkədə elmi idarəçiliyin formalaşmasında da iştirak edib.
Alim 23 aprel 1977-ci ildə Bakı şəhərində vəfat edib. O, Azərbaycan elminə verdiyi töhfələri və yetişdirdiyi gənc alimlərlə bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.

