7 yanvar 1922-ci ildə Bakıda anadan olan Pərviz Rüstəmbəyov XX əsr Azərbaycan musiqisində saksafon ifaçısı və cazmen kimi özünəməxsus iz qoymuş sənətkarlardandır.
"Tehsil365" xəbər verir ki, Gənc yaşlarından musiqiyə maraq göstərən Rüstəmbəyov caz janrında ustalığı ilə seçilərək dövrün tanınmış musiqiçilərindən biri olub.
Lakin onun sənət və həyat yolu sovet dövrünün sərt siyasi repressiyalarına tuş gəlib. Pərviz Rüstəmbəyov 1940-cı illərdə caz musiqisinə qarşı olan ideoloji təzyiqlərin qurbanına çevrilərək təqib olunub. O, 29 dekabr 1949-cu ildə, cəmi 27 yaşında Bakıda vəfat edib.
Qısa, lakin parlaq sənət yolu keçmiş Pərviz Rüstəmbəyovun adı bu gün də Azərbaycan caz tarixində xatırlanır və gənc musiqiçilərə ilham verir.

