Bu gün — 7 yanvar tarixində tanınmış yunan-Roma güləşçisi, Azərbaycanın fəxri Rəsul Çunayevin doğum günüdür.
"Tehsil365" xəbər verir ki,O, 1991-ci ildə Balakən rayonunun Yeni Şərif kəndində dünyaya gəlib.
Rəsul Çunayev Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edən idmançılardandır. O, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanaraq ölkəmizə böyük qürur yaşadıb.
Çunayev həm də dünya və Avropa çempionatlarında qazandığı qələbələrlə adını idman tariximizə yazdırıb. Onun döyüşkənliyi, mübarizə ruhu və vətənpərvər davranışı gənc nəslə nümunədir.
Olimpiya medalçımızı doğum günü münasibətilə təbrik edir, ona möhkəm sağlamlıq və yeni qələbələr arzulayırıq!

