Bu gün, 7 yanvar — sovet və Azərbaycan futbolunun tanınmış siması, SSRİ idman ustası, Rusiya Federasiyasının əməkdar məşqçisi Rafiq Hüseyn oğlu Əlizadənin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1949-cu il fevralın 19-da Bakıda doğulan Rafiq Əlizadə peşəkar futbolçu kimi hücumçu mövqeyində çıxış edib. O, futbola olan istedadı və əzmkarlığı ilə qısa zamanda SSRİ idman ustası adına layiq görülüb. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərib və bu sahədə də böyük uğurlar qazanıb.
2021-ci il yanvarın 7-də Moskva şəhərində vəfat edən Rafiq Əlizadə həm Azərbaycan, həm də Rusiya futboluna verdiyi töhfələrlə yadda qalıb.
Onun əziz xatirəsi sevənlərinin və futbol ictimaiyyətinin yaddaşında daim yaşayacaq.

