Bu gün, 7 yanvar, Azərbaycanın igid oğlu, Vətən müharibəsi şəhidi polkovnik Babək Mətləb oğlu Səmidlinin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1974-cü ildə Göyçay rayonunda dünyaya göz açıb.
Babək Səmidli Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunda ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini vəzifəsində xidmət edib. O, Aprel döyüşlərinin iştirakçısı kimi öz hünəri ilə seçilib, Vətənə sadiqliyi ilə hər zaman fərqlənib.
İkinci Qarabağ müharibəsində də ön sıralarda yer alan polkovnik Səmidli 2020-ci il noyabrın 23-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Onun qəhrəmanlığı və əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!

