Bu gün, 7 yanvar, Vətənə sədaqətlə xidmət etmiş, qəhrəman pilot, polkovnik-leytenant Rəşad Saləddin oğlu Atakişiyevin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1985-ci ildə Şamxor rayonunun Pravda kəndində dünyaya gəlib.
Rəşad Atakişiyev Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin peşəkar və təcrübəli pilotlarından biri olub. O, xidmətdə göstərdiyi yüksək peşəkarlıq və fədakarlıqla hər zaman seçilmişdir.
Təəssüf ki, qəhrəman pilotumuz 2019-cu il iyulun 24-də təlim uçuşu zamanı Xəzər dənizində baş verən qəzada şəhid olub. Onun itkisi Azərbaycan ordusu və xalqı üçün böyük faciə olsa da, əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.
Allah rəhmət eləsin.

