1992-ci ilin 7 yanvar tarixində Portuqaliya Respublikası Azərbaycanın müstəqilliyini rəsmi şəkildə tanıdı.
"Tehsil365" xəbər verir ki, Bu addım, Azərbaycanın beynəlxalq aləmdə tanınması və diplomatik əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Xatırladaq ki, 1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqilliyini elan etmiş və dünya dövlətləri ilə diplomatik münasibətlər qurmağa başlamışdı. Portuqaliya da Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri oldu.
Bu tanınma Azərbaycanın Avropa ilə münasibətlərinin qurulmasında mühüm addım kimi tarixə düşüb.

