2010-cu ilin 7 yanvar tarixində Azərbaycan Respublikası ilə Afrika qitəsinin cənubunda yerləşən Svaziland Krallığı (hazırkı Esvatini) arasında diplomatik əlaqələr qurulub.
"Tehsil365" xəbər verir ki,Bu hadisə Azərbaycanın Afrika ölkələri ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsi və qlobal diplomatik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Diplomatik münasibətlərin qurulması hər iki ölkə üçün siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradıb.

