1610-cu ilin 7 yanvarında məşhur italyan alimi Qalileo Qaliley öz hazırladığı teleskop vasitəsilə Yupiter planetinin dörd böyük peykini aşkar etdi.
"Tehsil365" xəbər verir ki,Bu peyklər daha sonra "Qaliley peykləri" adlandırıldı və onlar İo, Evropa, Qanimed və Kalisto adlarını aldı.
Bu kəşf astronomiya sahəsində böyük inqilab yaratdı və Qalileyin heliosentrik sistem nəzəriyyəsini dəstəkləyən əsas sübutlardan biri oldu. Yupiter peyklərinin müşahidəsi kainatın mərkəzinin artıq Yer olmadığını göstərirdi və elmi düşüncədə yeni dövrün başlanğıcını qoydu.

