Zaqatala Çökəkoba kənd tam orta məktəbində VIII sinif şagirdləri üçün "Sağlam rasional qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib.
"Tehsil365" xəbər verir ki, Tədbirin məqsədi şagirdlərə sağlam həyat tərzinin önəmi və düzgün qidalanma vərdişlərinin formalaşdırılması barədə məlumat verməkdir.
Müəllimlərin rəhbərliyi ilə keçirilən tədbir maraqlı təqdimatlar və diskussiyalarla zəngin olub.

