"Roskosmos" "Təkbuynuz" ulduzlar qrupundakı "Milad ağacı" duman buludunun görüntüsünü yayımlayıb.
“Tehsil365" xəbər verir ki, fotoşəkil dövlət korporasiyasının "Telegram" kanalında dərc edilib.
Məlumata görə, bayram ağacına bənzədiyi üçün "NGC 2264" obyektinə "Milad ağacı" da deyilir. Onun strukturu duman buludundan parıldayan "çələnglər" və "ulduzlar"la bəzədilmiş küknar ağacına bənzəyir.

