Şəkidə məktəb binasında yanğın olub.
“Tehsil365” xəbər verir ki, yanğın bu gün günorta saatlarında Şəki rayonu Köndələn kəndində 1 mərtəbəli məktəb binasının zirzəmisində qeydə alınıb. Yanğının qarşısı dərhal alınıb. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

