Təhsil 365 - Logo Mobile

Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub

8307.01.2026 - 11:00
Azərbaycanda yaşayan domların folklor nümunələri tədqiq olunub

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasının VII cildi nəşr olunub.

Tehsil365” xəbər verir ki, bu barədə İnstitutdan AzEdu.az-a bildirilib ki, nəşr Azərbaycanda yaşayan dom (qaraçılar) etnik qrupunun folklorunun toplanması və elmi tədqiqinə həsr edilib.

Kitabda domların etnik həyatı, təsərrüfat fəaliyyəti və məişəti haqqında məlumatlar təqdim olunub, eyni zamanda, onlardan toplanmış folklor nümunələri yer alıb. Tədqiqat materialları əsasən Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında məskunlaşmış dom icmalarından qeydə alınıb. Domların verdikləri məlumatlara əsasən, bu etnik qrup müxtəlif tayfa və təbəqələrdən təşkil olunub: əmirlilər, qaralar, sarılar, bədirkilər, leştanlılar, iranlılar və s. Tayfalar, adətən, nəsil mənsubiyyətinə görə deyil, rənginə və coğrafi mənşəyinə görə adlandırılıb.

Domların Azərbaycanda məskunlaşması 1956-cı ilin oktyabrında SSRİ Ali Sovetinin SSRİ ərazisində yaşayan köçəri tayfaların oturaqlaşdırılması ilə bağlı qəbul etdiyi qərardan sonrakı dövrə təsadüf edir. Məlumata görə, hər tayfa məskunlaşma zamanı sıx əlaqədə olduğu bölgəni seçib. Oturaq həyata keçid mərhələsində dövlət tərəfindən onlara müəyyən imtiyazlar verilib, o cümlədən beş il müddətinə hərbi xidmətdən azad edilib. Folklor ekspedisiyası zamanı aparılmış müşahidələr göstərir ki, domların yaşlı nəsli uzun müddət yeni həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkmiş, köçəri həyatı arzulamışlar. Lakin xam torpaqlara sürgün olunacaqlarından ehtiyat edərək bu həyatla barışmış və tədricən oturaq həyata alışmışlar.

Yerli əhali ilə eyni dildə danışmalarına və oxşar adət-ənənələri daşımalarına baxmayaraq, domlar özlərini yerli əhalidən fərqləndiriblər. Özlərindən olanlara dom, pancım, olmayanlara isə tayı, pincilə demişlər. Tayı dedikdə hansısa bir qövmü deyil, irq, milliyyət ayrı-seçkiliyi qoymadan dom olmayan hər kəsi nəzərdə tutublar. Domların uzun müddət digər icmalara qapalı olmaları, özlərinə məxsus peşə sahələrini (ələkçilik, falçılıq, küçə rəqqaslığı və s.) yaşatmaları, dünyanı dom- tayı, pancım – pincilə kimi fərqli qütblərə ayırmaları onların etnik kimliyinin qorunub saxlanmasında mühüm rol oynayıb.

Domların danışıq dili Azərbaycan dilidir. Toplanmış folklor materialları və dil faktlarının təhlili göstərir ki, domlar arasında vahid dialekt mövcud deyil. Onların danışıq dili əsasən məskunlaşdıqları bölgələrin ləhcələrinə uyğun formalaşıb. Bununla yanaşı, məişətdə öz aralarında istifadə etdikləri və “dom dili” adlandırdıqları leksik vahidlər mövcuddur. Bu dilə müstəqil dil kimi baxmaq mümkün deyil, çünki qrammatik və sintaktik quruluşu Azərbaycan dilinin imkanları əsasında qurulub. Söz ehtiyatı o qədər zəngin deyil, bəzən eyni sözlə bir neçə məfhum ifadə olunur. Topluda dom dilinə məxsus təxminən 200 söz, ifadə və cümlə təqdim edilib. Söz ehtiyatının məhdud olması bu dildən yalnız məişət səviyyəsində istifadə olunmasına imkan verib.

Kitabda Ağsu, Ağdaş, Yevlax və Bərdə rayonlarında məskunlaşmış domlardan yazıya alınmış əfsanə və rəvayətlər, nağıllar, lətifələr və inanclar yer alıb. Tədqiqat zamanı müəyyən edilib ki, domların özlərinə məxsus folklor nümunələri yoxdur, onlardan qeydə alınmış mətnlər Azərbaycan folklor nümunələrdir. Amma toplanmış nümunələrdəki söyləyici təhkiyəsinin gözəlliyi, epik təsvirlərin genişliyi domların Azərbaycan folklorunun usta daşıyıcıları və biliciləri olduqlarını göstərir. Toplanmış materiallar arasında həm ənənəvi süjetlərin maraqlı variantlarına, həm də yeni süjetlərə rast gəlinir.

Nəşrdə, həmçinin Yevlax rayonunda məskunlaşmış kürddilli, Balakən və Qax rayonlarında yaşayan farsdilli qaraçılardan toplanmış folklor nümunələri də yer alıb. Materialları toplayıb tərtib edən və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

Amidə Zeynalova

Xəbər Lenti

16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı08.01.2026 - 18:22
AzTU nümayəndə heyəti İstanbulda səfərdə olub08.01.2026 - 18:08
AzTU tələbəsi fizika üzrə beynəlxalq olimpiadanın qalibi olub08.01.2026 - 17:53
Prezidentin vurğuladığı “zəka və elm” xətti dövlət siyasətinin ideoloji ifadəsidir - prorektor08.01.2026 - 17:37
Kamal Abdullanın “Unutmağa kimsə var…” adlı yeni kitabı çapdan çıxıb08.01.2026 - 17:22
"Azərbaycan regionda prosesləri formalaşdıran əsas subyektlərdən biridir"08.01.2026 - 16:58
AYB-dən üzvlərinə sonuncu xəbərdarlıq edilib08.01.2026 - 16:43
Turan Etibaroğlu: Yeni ildə Sumqayıt Teatrının tamaşaçılarını maraqlı sürprizlər gözləyir08.01.2026 - 16:22
Peşə təhsili haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiq edilib08.01.2026 - 16:00
Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib08.01.2026 - 15:50
Ağsuda arxeoloji qazıntılar zamanı aşkarlanan sikkələrin numizmatik təyinatı aparılıb08.01.2026 - 15:40
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb08.01.2026 - 15:30
AMEA Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlaşır08.01.2026 - 15:20
BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO08.01.2026 - 15:10
KIAMP ilə İstanbulun Beykoz Universiteti arasında strateji qardaşlıq memorandumu imzalanıb - FOTO08.01.2026 - 15:00
Ombudsmandan uşaqlarla bağlı xəbərdarlıq08.01.2026 - 14:50
Azərbaycan Universiteti ilə İETİ arasında anlaşma memorandumu imzalanıb08.01.2026 - 14:40
Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq08.01.2026 - 14:30
Diplomlarla bağlı qaydalar təsdiqləndi08.01.2026 - 14:20
Zal nəzarətçisi olmaq istəyənlər üçün test imtahanı keçiriləcək08.01.2026 - 14:10
Niyazi Bayramov ilin ilk səyyar qəbulunu keçirdi08.01.2026 - 14:00
Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb08.01.2026 - 13:52
“Öyrənmənin qrafik dizaynı” qrant layihəsinin açılış mərasimi keçirilib - FOTO08.01.2026 - 13:40
“Həyat Teatrı” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub - FOTO08.01.2026 - 13:30
Yuxuda diaqnoz dövrü başlayır: süni intellekt 130 xəstəliyi əvvəlcədən görür08.01.2026 - 13:24
Abituriyentlərin bu addımları nəticələrə mənfi təsir göstərə bilər-Açıqlama08.01.2026 - 13:12
Dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq08.01.2026 - 13:00
Səhiyyədə yeni böhran: Bu dəfə baş rolda ChatGPT var08.01.2026 - 12:43
Sabah qar yağacaq 08.01.2026 - 12:27
“OpenAI” səsli süni intellekt modelini təqdim edəcək08.01.2026 - 12:12
Professor C.Səfərov dünyasını dəyişib08.01.2026 - 11:56
Mandarindən həddindən artıq yemək niyə təhlükəlidir?08.01.2026 - 11:38
Azərbaycan Prezidenti xarici və yerli investorları süni intellekt sahəsinə investisiya qoymağa dəvət edir08.01.2026 - 11:26
Regional təhsil idarəsində müdir vəzifəsinə yeni təyinat08.01.2026 - 11:15
Çox yeyərək arıqlayın08.01.2026 - 11:00
Bu tələbələrə sosial güzəştlər ediləcək08.01.2026 - 10:44
Bakıdan hər gün rayon mərkəzinə işləmək üçün gedən müəllimlərə yol pulu niyə verilmir?08.01.2026 - 10:35
Qəbul imtahanları qruplar yox, ixtisaslar üzrə keçiriləcək?08.01.2026 - 10:22
Leyla Əliyeva qızı ilə “Kənd həyatı”nın çəkilişində08.01.2026 - 10:10
Bu universitetdə tələbələr istədiyi saat və gün imtahan verir08.01.2026 - 09:55
Prezidentin elm və təhsil sahəsindəki islahatları uzaq gələcəyə hesablanıb – ekspert08.01.2026 - 09:43
SAT imtahanı keçiriləcək08.01.2026 - 09:25
Qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan palataya köçürüldü08.01.2026 - 09:15
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən yeni paylaşım edib08.01.2026 - 08:59
Prodüser Rasim Həsənov 70 yaşını qeyd edir08.01.2026 - 08:46
Astara rayonunda Quliyeva Qəmər Calal qızının 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib08.01.2026 - 08:33
Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi08.01.2026 - 08:20
Xətai rayonu 263 nömrəli tam orta məktəb Bakı Ali Neft Məktəbinin təşəkkür məktubunu qəbul edib08.01.2026 - 08:07