Azərbaycan Dillər Universitetinin müəllimləri Bakı Dövlət Universitetində keçirilən “Türk dünyası: ortaq dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq Elmi Konfransda iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, Qeyd edək ki, konfrans türk dünyasına daxil olan ölkələr arasında elmi əməkdaşlığın gücləndirilməsi, ortaq tarixi-mədəni dəyərlərin müasir dövrdə yenidən dəyərləndirilməsi, eləcə də regional və qlobal çağırışlar kontekstində türk dünyasının gələcək inkişaf perspektivlərinin müzakirəsi məqsədi daşıyıb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq (BMR) fakültəsinin nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə Regionşünaslıq və Şərq ölkələri üzrə Regionşünaslıq kafedralarının müəllim heyəti fəal iştirak edib. Konfrans çərçivəsində hər iki kafedranın əməkdaşları məruzələrlə çıxış edib və elmi diskussiyalarda iştirak ediblər.
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasını konfransda b/m. Şəfa Əbdürrəhimova, b/m. Səbinə Muradova, b/m. Xəyalə Ağayeva, B/m Sevinc Qurbanova və müəllim Ülviyyə Yaşarlı təmsil ediblər. Onların məruzələri türk dünyasının siyasi, iqtisadi və mədəni konteksti, həmçinin davamlı inkişaf sahəsində atılan addımlara həsr olunub.
Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasından isə müəllimlər Aygün Soltanzadə, Kəmalə Qurbanlı və Şəfəq Mustafayeva konfransda iştirak ediblər.

