Azərbaycanın tanınmış dövlət və siyasi xadimi Afiyəddin Cəlil oğlu Cəlilovun xatirəsi ehtiramla yad olunur.
"Tehsil365" xəbər verir ki, 1946-cı il avqustun 1-də Naxçıvanda dünyaya gələn Afiyəddin Cəlilov müstəqilliyimizin ilk illərində ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. O, 1990–1991-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, 1992–1994-cü illərdə isə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifələrində çalışıb.
Həmçinin Prezidentin müşaviri kimi fəaliyyət göstərən Cəlilov ölkədə dövlət quruculuğu prosesinə mühüm töhfələr verib, müxtəlif dövrlərdə strateji qərarların hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edib.
Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda vəfat edib.
Onun fəaliyyəti Azərbaycanın müstəqillik dövrü tarixində mühüm səhifələrdən biri kimi xatırlanır.

