Azərbaycan qadın futbolunun tanınmış simalarından biri – Aytac Şərifova bu gün doğum gününü qeyd edir.
"Tehsil365" xəbər verir ki, 1997-ci il yanvarın 8-də dünyaya gələn Aytac Şərifova futbol karyerasına "Bakı 008" Peşəkar Futbol Klubunda başlayıb. Hal-hazırda o, Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunun və Azərbaycan qadın milli komandasının qapıçısıdır.
Sürətli reaksiyası, əzmkar oyunu və qapı xəttində inamlı çıxışı ilə seçilən Aytac, milli komandanın əsas oyunçularından biri kimi qadın futbolunun inkişafına töhfə verir.
Futbolçuya yeni yaşında uğurlar və möhtəşəm oyunlar arzulayırıq!

