Azərbaycanın ictimai-siyasi tarixində özünəməxsus yeri olan Böyükağa Mirsalayev 8 yanvar 1938-ci ildə repressiya qurbanı olub.
"Tehsil365" xəbər verir ki, 1893-cü il yanvarın 22-də Lənkəran qəzasının Rəzgov kəndində anadan olan Mirsalayev talış əsilli maarifçi və dövlət xadimi kimi fəaliyyət göstərmişdir. O, müxtəlif illərdə Azərbaycan Kommunist Partiyasının Qazax və Nuxa qəza komitələrinin birinci katibi, Azərittifaqın Rəyasət Heyətinin sədri, Zaqafqaziya KP(b) MK-nın II katibi, həmçinin Lənkəran dairə icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb.
Maarifin inkişafında və sosial-siyasi proseslərdə fəal iştirak etmiş Böyükağa Mirsalayev 1930-cu illərin repressiya dalğasının qurbanlarından biri olub.
Onun xatirəsi Azərbaycan maarifçiliyi və siyasi tarixi üçün önəmli nümunə kimi yadda qalır.

