8 yanvar Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan bəstəkar, pedaqoq və professor Zakir Cavad oğlu Bağırovun anım günüdür.
"Tehsil365" xəbər verir ki, 1916-cı il martın 29-da Şuşada anadan olmuş Zakir Bağırov milli musiqi ənənələrinin inkişafında mühüm rol oynamış, yüzlərlə tələbəyə musiqi təhsili vermiş, eyni zamanda dəyərli əsərlər müəllifi olmuşdur. O, 1978-ci ildə professor elmi adı almış, 1960-cı ildə isə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Bağırovun yaradıcılığı Azərbaycan musiqisinin klassik və müasir cərəyanlarının vəhdətini nümayiş etdirir. Onun irsi bu gün də musiqi təhsili və ifaçılıq sənətində yaşamaqdadır.
Zakir Bağırov 1996-cı il yanvarın 8-də Bakıda vəfat etmişdir.

