Bu gün tanınmış tarixçi-alim, akademik Püstəxanım Əzizbəyovanın vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1929-cu il dekabrın 29-da dünyaya gəlmiş Püstəxanım Əzizbəyova Azərbaycan tarix elminə mühüm töhfələr vermiş, tarix elmləri doktoru (1961) elmi dərəcəsinə layiq görülmüşdür. O, Azərbaycan Tarix Muzeyinin direktoru vəzifəsində çalışmış, eyni zamanda kino məsləhətçisi kimi bir çox tarixi mövzuların ekranlaşdırılmasına dəstək vermişdir.
O, həm də Azərbaycanın məşhur maarifçisi və inqilabçısı Məşədi Əzizbəyovun nəvəsi idi və babasının həyatı və fəaliyyəti ilə bağlı bir neçə fundamental əsərin müəllifi olmuşdur.
Püstəxanım Əzizbəyova 1998-ci il yanvarın 8-də vəfat edib. Onun elmi irsi bu gün də ölkəmizin tarixşünaslıq sahəsində dəyərli mənbə olaraq qalır.

