Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2013) Novruz Yaqub oğlu Əliyevin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1947-ci il martın 3-də Bakıda dünyaya gələn Novruz Əliyev sənətə olan sevgisi və istedadı ilə tamaşaçıların qəlbində dərin iz qoyub. O, uzun illər Azərbaycan teatr səhnəsində və ekran əsərlərində yaddaqalan obrazlar yaradıb, peşəkarlığı və səmimiyyəti ilə həmkarlarının və tamaşaçıların böyük rəğbətini qazanıb.
2022-ci il yanvarın 8-də dünyasını dəyişən sənətkarın yaradıcılığı bu gün də teatrsevərlər tərəfindən hörmət və ehtiramla xatırlanır.

